Akademik Abdulla Qarayevin 100 illik yubileyi qeyd edildi

02/04/2010

Aprelin 2-də Bakı Dövlət Universitetində görkəmli alim və ictimai xadim, Bakı Dövlət Universitetinin sabiq rektoru, əməkdar elm xadimi, akademik Abdulla Qarayevin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Akademik Abel Məhərrəmov, Xarici İşlər naziri Elmar Məmmədyarov, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Abdulla Qarayevin ailə üzvləri ilk öncə alimin uzun illər çalışdığı kafedranın önündə barelyefinin, sonra isə akademikin adını daşıyan auditoriyanın açılışında iştirak ediblər.

Tariximizin və taleyimizin hüznlü günü

31/03/2010

31 Mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbir keçirilib. Rektor, akademik Abel Məhərrəmov tədbiri açaraq ermənilərin xalqımıza qarşı törətdiyi ən qanlı cinayətlərdən olan 1918-ci il 31 mart soyqırımından danışıb. Akademik bildirib ki, Azərbaycan torpaqları hesabına dövlət quran ermənilər tarixin bütün mərhələlərində xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməlləri ilə yadda qalıblar. «Məzlum xalq» adı altında gizlənən ermənilər nəinki Qafqazda və Azərbaycanda, dünyanın əksər ölkələrində ən qanlı hadisələrə, terrora, qırğınlara imza atıblar.

Novruz bayramı qeyd edildi

19/03/2010

Martın 19-da Bakı Dövlət Universitetinin yeməkxanasında Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Novruz şənliyi keçirildi. Mərasimi giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov bu əziz bayram münasibətilə tədbir iştirakçılarını və xalqımızı təbrik etdi. Bahar bayramının tarixi əhəmiyyətindən bəhs edən rektor bu bayramı həm də birlik, həmrəylik, qardaşlıq rəmzi kimi xarakterizə etdi: «Bu əlamətdar bayramı hamımız bir yerdə qeyd edirik. Hərənin qəlbində öz arzu-diləyi var.

BDU Elmi Şuranın növbəti iclası keçirildi

18/03/2010

Martın 18-də BDU Elmi Şurasının növbəti iclası keçirildi. AMEA-nın Rəyasət Heyətinin, elmi şura üzvlərinin, tanınmış alimlərin iştirak etdiyi və 2009-cu ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş iclası universitetin rektoru, millət vəkili, akademik Abel Məhərrəmov açdı. Mayıl Əliyev həmçinin universitetdaxili 50+50 qrant proqramından, 32 beynəlxalq və respublikadaxili qrant proqramında iştirakdan da bəhs etdi.

Şahmat turnirinin açılışı oldu

13/03/2010

Martın 12-də Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin  anadan olmasının 87-ci ildönümünə həsr olunmuş şahmat turnirinin açılış mərasimi oldu.  Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Fikrət Şiriyev rektor, akademik Abel Məhərrəmovu və mərasimə dəvət olunmuş qonaqları - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, görkəmli şahmatçı, beynəlxalq qrossmeystr Aynur Sofiyevanı, Azərbaycan Şahmat Federasiyasının icraçı direktoru, beynəlxalq dərəcəli hakim Namiq İsmayılovu, o cümlədən tədbir iştirakçılarını salamladı.

BDU-da təlim kursunun müdavimlərinə sertifikatlar təqdim olundu

25/12/2009

Dekabrın 22-də Bakı Dövlət Universitetində BDU və Rusiya Elmlər Akademiyasının Rentgenstruktur Analiz Mərkəzi  arasında təsdiqlənmiş layihə çərçivəsində təşkil olunmuş təlim kursunun müdavimlərinə sertifikatların təqdim olunma mərasimi keçirildi. Tədbiri giriş sözü ilə BDU-nun rektoru Abel Məhərrəmov açaraq bildirdi ki, bu layihə Azərbaycanda kristal qrafiya elminin inkişafı üçün tarixi bir layihədir.

BDU-da Milli Tempus məlumat günü qeyd olundu

21/12/2009

18 Dekabr 2009-cu il tarixində Bakı Dövlət Universitetində (BDU) Milli TEMPUS məlumat Gününə həsr olunmuş beynəlxalq konfrans keçirildi. Konfransda Bakı Dövlət Universitetində keyfiyyətin təminatı ilə yanaşı, 2009-cu ildə TEMPUS IV proqramı üzrə təkliflərin nəticələri; 2009-cu ildə TEMPUS IV çərçivəsində təkliflərin verilməsinə dair dəvət; Azərbaycanda ən keyfiyyətli Tempus layihələri; “Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi” Proqramında Azərbaycan universitetləri üçün imkanlar və Azərbaycanda Tempus və Milli TEMPUS Ofisinin rolu müzakirə olundu.

Şirməmməd Hüseynovun 85 illik yubileyi qeyd edilib

18/12/2009

Dünən Azərbaycan mətbuatının ağsaqqalı, milli mətbuatımızın yorulmaz araşdırıcısı, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovun 85 yaşı tamam olub. Bu məqsədlə Bakı Dövlət Universitetində yığıncaq keçirilib. Tədbiri açıq elan edən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov yubiliyarı təbrik edərək, onun mətbuat tariximizdəki xidmətlərindən danışıb: “Azərbaycan jurnalistikasında yaşayaraq adını mətbuat tarixinə həkk edən professor Şirməmməd Hüseynovu elm, ziyalılıq, təhsil müstəvisində özümüzə nümunə bilirik.

BDU-da «Türkiyənin mədəniyyət günü» keçirildi

25/11/2009

Dünən Bakı Dövlət Universitetində Türkiyənin Bakıdakı səfirliyinin və universitetin təşəbbüsü ilə «Türkiyənin mədəniyyət günü» adlı tədbir keçirildi. Tədbir başlamazdan əvvəl müəllim və tələbələr salonda nümayiş etdirilən Türkiyə və Azərbaycan müəlliflərinin birgə ərsəyə gətirdikləri kitablarla tanış oldular. Sonra tədbirin rəsmi hissəsi başlandı. Toplantını giriş sözü ilə açan BDU-nun rektoru Abel Məhərrəmov tədbir iştirakçılarına minnətdarlığını bildirdi.

Bakı Dövlət Universitetində Beynəlxalq Tələbə Günü qeyd olunub

20/11/2009

Dünən Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq Tələbə Günü münasibətilə tədbir keçirilib.  Tədbirdə paytaxtın müxtəlif ali məktəblərində təhsil alan 500-ə yaxın tələbə, habelə professor-müəllim heyəti iştirak edib. BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, bu, həm tələbələr, həm də müəllimlər üçün tarixi bir gündür.

Ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadası

20/11/2009

Noyabrın 14-də Bakı Slavyan Universitetində ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasının açılış mərasimi keçirildi. Tədbiri təhsil naziri Misir Mərdanov açaraq ali məktəb tələbələrinin respublika fənn olimpiadasının ölkəmizin ali məktəblərində təhsil alan tələbələrin müxtəlif fənlərə marağının artırılmasına, həmçinin həmin fənlər üzrə onların hazırlıq səviyyəsinin nümayiş etdirilməsinə şərait yaratdığını, istedadlı gənclərin aşkara çıxarılmasına xidmət etdiyini bildirdi.

Azərbaycan Dövlət Pedaqoji Kollecinin 90 illik yubileyi qeyd edilib

18/11/2009

Bu gün Gülüstan Sarayında Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) yaradılmasının 90 illik yubileyi qeyd edilib. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, bu gün Azərbaycan təhsil fəaliyyəti üçün çox əlamətdardır: “Bu gün Azərbaycanın təhsil tarixinə öz imzasını atmış bir məktəbin yubileyidir. 90 il ərzində Pedaqoji Kollec ölkə təhsilinə 20 mindən çox dəyərli ziyalı verib.

Bakı Dövlət Universitetində \"Heydər Əliyev məktəbi\"nin növbəti məşğələsi keçirilmişdir

16/11/2009

Noyabrın 16-da Bakı Dövlət Universitetində (BDU)  "Heydər Əliyev məktəbi "nin növbəti məşğələsi keçirilmişdir. BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəqil dövlətimizin yaranmasında, möhkəmlənməsində və dünyada tanınmasında tarixi xidmətlərini vurğulamış, ulu öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.

Görkəmli alimin yubiley hesabatı

14/11/2009


Azərbaycan Milli Elmlər Akademiyasının akt zalında Naxçıvan Dövlət Universitetinin rektoru, əməkdar elm xadimi, akademik İsa Həbibbəylinin anadan olmasının 60 illiyi qeyd olunmuşdur. Yubiley yığıncağını giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Mahmud Kərimov alimin mənalı həyat yolundan danışmış, gələcək fəaliyyətində ona daha böyük uğurlar arzulamışdır.

“Bakı Dövlət Universiteti - 90” adlı kitab nəşr olunub

05/11/2009

Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmovun “Bakı Dövlət Universiteti - 90” adlı kitabı nəşr olunub.  “Bakı Universiteti” nəşriyyatı tərəfindən nəşr olunan kitabın redaktorları professor İsmayıl Əliyev və dosent Fikrət Şiriyevdir. Kitabda Azərbaycanın ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin 90 ildə keçdiyi çətin və şərəfli tarixi yol zəngin faktlar əsasında işıqlandırılıb.

Bakı Dövlət Universiteti jurnalistləri mükafatlandırdı

01/11/2009

Bakı Dövlət Universiteti (BDU) və Parlament Jurnalistləri Birliyinin bu ali təhsil ocağının 90 illiyi münasibətilə elan etdikləri yazı müsabiqəsinə yekun vurulub.Oktyabrın 31-də BDU-da keçirilən mərasimdə ali təhsil müəssisəsinin rektoru, akademik Abel Məhərrəmov jurnalistlərə göstərdikləri diqqətə görə təşəkkür edib. Modern.az xəbər verir ki, müsabiqəyə 50-dən artıq məqalə təqdim olunub. Münsiflər heyəti onlardan yalnız 9-nu mükafata layiq bilib.

BDU-nun 90 illik yubileyinə həsr olunmuş birinci respublika elmi-metodiki konfrans işə başlamışdır

24/10/2009

Oktyabrın 23-də Bakı Dövlət Universitetinin (BDU) 90 illik yubileyinə həsr olunmuş  "Müasir şəraitdə orta ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini yüksəltmək yolları " mövzusunda birinci respublika elmi-metodiki konfrans işə başlamışdır. Universitetin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov bildirmişdir ki, 1919-cu il sentyabrın 1-də Azərbaycan Demokratik Cümhuriyyəti Bakıda universitetin təsis edilməsi ilə bağlı qərar qəbul etmiş və onun nizamnaməsi təsdiq olunmuşdur. Bununla da Avropa və Asiyanın qovuşuğunda yeni bir ali təhsil ocağı yaradılmışdır.

Professor Aida İmanquliyevanın 70 illiyi ilə bağlı elmi konfrans keçirilir

08/10/2009

Dünən Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın görkəmli şərqşünas alimi, professor Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunan “Şərqşünaslığın aktual problemləri” mövzusunda elmi konfrans öz işinə başlayıb.Konfransda Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, təhsil naziri Misir Mərdanov, Milli Məclisin deputatları, nazirlər, dövlət komitələrinin rəhbərləri iştirak ediblər. Tədbirdə çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov A.İmanquliyevanın zəngin elmi fəaliyyətindən, şərqşünaslığın inkişafındakı müstəsna xidmətlərindən danışıb.

2009-2010-cu tədris ilinin başlanması münasibətilə tədbir keçirilmişdir

15/09/2009

Sentyabrın 15-də Bakı Dövlət Universitetində (BDU)  "Bilik günü " və 2009-2010-cu tədris ilinin başlanması münasibətilə tədbir keçirilmişdir.ədbirin əvvəlində dövlət himni səsləndirilmişdir. BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov çıxış edərək 90 yaşlı universitetin professor-müəllim heyətini və tələbələrini  "Bilik günü " münasibətilə təbrik etmiş, onlara uğurlar arzulamışdır. A.Məhərrəmov ulu öndər Heydər Əliyevin təhsilimizin inkişafına daim böyük qayğı göstərdiyini, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.

Azərbaycanın diplomatik xidmətinin 90 illiyi münasibətilə mərasim keçirilmişdir

10/07/2009

Iyulun 9-da  "Buta " sarayında Azərbaycan Respublikasının diplomatik xidmətinin 90 illiyi münasibətilə mərasim keçirilmişdir. Dövlət və hökumət rəsmilərinin, nazirlərin, deputatların iştirak etdikləri tədbirdə çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov diqqətə çatdırmışdır ki, artıq 4 gündür Azərbaycan diplomatik xidmətinin 90 illiyi ilə bağlı Gəncədə, Naxçıvanda və Bakıda müxtəlif tədbirlər keçirilir.

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 |
 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!