BDU ilə British Council arasında Anlaşma Memorandumu imzalanıb

09/03/2011

Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov British Council-un rəhbəri Paul Klementonla görüşüb. Görüşün əsas məqsədi BDU ilə British Counsil arasında Anlaşma Memorandumunun imzalanması olub. Ötən ilin dekabr ayında tərəflər arasında keçirilən görüşdən sonra əməkdaşlıq konturlarının əldə olunması istiqamətində səylər müsbət qiymətləndirilib. Rektor Abel Məhərrəmov və Paul Klementon böyük və faydalı işə başlandığını, bunun uğurlu nəticələr verəcəyinə əminlik ifadə ediblər.

 

YUNESKO ALİMLƏRİMİZİN ELMİ İŞİNİ YUKSƏK QİYMƏTLƏNDİRİB

07/03/2011

Son zamanlar nanotexnologiyalar elmin çox aktual sahəsinə çevrilib. Bu texnologiyalar maddəyə müxtəlif təsir metodları, yanaşmaları, atom və molekullar ilə əlaqəli olan bütün texniki prosesləri özündə cəmləşdirir. Nanotexnologiyanın tətbiq sahələri həddən artıq çoxdur: ekologiya, tibb, kosmos, kibernetika, sənaye - xüsusilə neft sənayesi. Neft sahəsində nanotexnologiyalın tətbiqi ölkəmiz üçün çox əhəmiyyətlidir.

Xanımlar təltif edildilər

07/03/2011

Bu gün Bakı Dövlət Universitetində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Xanımları təbrik edən rektor, akademik Abel Məhərrəmov son dövrlərdə cəmiyyətdə qadının rolunun çox yüksəldiyini, kişilərlə eyni hüquq və imtiyazlara sahib olduqlarını bildirib. Rektorun sözlərindən məlum olub ki, BDU-da qadınlar aparıcı qüvvə kimi çıxış edir.

Jurnalistika fakültəsi qadın əməkdaşları təbrik etdi

04/03/2011

Jurnalistika fakültəsində 8 mart qadınlar gününə həsr olunmuş tədbir keçirildi. Dekan, professor Yalçın Əlizadə fakültənin xanım əməkdaşlarını bayram münasibətilə təbrik etdi, hər birinin ünvanına xoş sözlər dedi. Professor son illər fakültənin qadın müəllimlərinin elmdə, təhsildə əldə etdikləri uğurlardan danışdı, onlara xoşbəxtlik, ailə səadəti arzuladı.

 

Ekologiya və torpaqşünaslıq fakültəsinin təntənəli açılışı oldu

03/03/2011

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən elan edilmiş «Ekologiya ili» çərçivəsində ölkə ali təhsil sistemində ilk olaraq bu gün BDU-da bu ali təhsil ocağının rektoru, akademik Abel Məhərrəmov, Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov, Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov və digər rəsmi qonaqların iştirakı ilə Ekologiya və torpaqşünaslıq fakültəsinin təntənəli açılış mərasimi keçirildi. Eyni zamanda «Ekoloji monitorinq» üzrə elmi-tədris laboratoriyasının, «Ekoloji kimya və ətraf mühitin mühafizəsi» elmi-tədqiqat laboratoriyasının və  kompyuter otağının da açılışı oldu.

Elmi Şuranın genişləndirilmiş iclası keçirildi

03/03/2011

Bu gün Böyük Elmi Şuranın genişləndirilmiş iclası keçirildi. Rektor, akademik Abel Məhərrəmov gündəliyi elan etdi. Şura üzvlərinin gündəliyi təsdiqindən sonra iclas işinə başladı. AMEA-nın müxbir üzvü Vasif Babazadə Baloniya prosesinə keçidlə bağlı BDU-da aparılan islahatlar kontekstində bakalavr pilləsinin lazımi metodiki vəsaitlərlə təminatı ilə  bağlı universitet kollektivinin qarşısında duran vəzifələr haqqında məruzə etdi.   Tədris işləri üzrə prorektor, professor Vüsət Əfəndiyev qış imtahan sessiyası ilə bağlı Şura üzvlərinə məlumat verdi, nəticələr təhlil edildi.

Vüsalə Mahirqızı tələbə-jurnalistlərə mühazirə oxudu

01/03/2011

Bu gün APA İnformasiya Agentliyinin Baş direktoru Vüsalə Mahirqızı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin qonağı olub.Fakültənin Beynəlxalq jurnalistika kafedrasının müəllimi Pərvanə İbrahimovanın tədris etdiyi «Azərbaycan informasiya agentliklərinin təşəkkülü və inkişafı» fənni üzrə IV kurs tələbələri ilə bir araya gələn Vüsalə Mahirqızı bazar münasibətlərinin formalaşması və özəl informasiya agentliklərinin inkişafı prosesindən danışıb.

Tələbə - rəssam

28/02/2011

Sosial elmlər və psixologiya fakültəsinin psixologiya ixtisasının III kurs tələbəsi Gülnar Məmməd qızı Məmmədovanın Sumqayıt Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində “Mənim rəngli dünyam” adlı fərdi rəsm sərgisi keçirilib. Sərgidə 53 rəsm işini nümayiş etdirən gənc rəssam hələ məktəb illərindən bu sahəyə xüsusi maraq göstərib. Bunu sezən valideynləri onu Sumqayıt Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində fəaliyyət göstərən təsviri incəsənət dərnəyinə üzv yazdırıb. Rəssamlıqda ilk addımlarını atan Gülnar, getdikcə öz istedadını cilovlayaraq istedadlı rəssam kimi bu illər ərzində bir çox müsabiqələrdə iştirak edib.

Xocalı soyqırımının qurbanları anıldı

25/02/2011

Bu gün Bakı Dövlət Universitetində Xocalı faciəsinin 19-cu ildönümü münasibətilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov Azərbaycan xalqının tarixinə qara səhifə kimi yazılmış Xocalı faciəsinin dəhşətlərindən bəhs etdi, ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qırğını, xocalılara tutulan divanı tarixdə misli bərabəri olmayan faciə adlandırdı.

BDU yeni islahatlara start verdi

24/02/2011

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən islahatlar, Azərbaycanın regionun aparıcı dövləti kimi beynəlxalq nüfuzunun ildən-ilə yüksəlməsi, iqtisadi potensialımızı intellekt kapitalına çevirmək istiqamətində görülən işlər Bakı Dövlət Universiteti rektorluğunun genişləndirilmiş iclasında ətraflı müzakirə edildi. İclasda çıxış edən rektor, akademik Abel Məhərrəmov dövlət və dövlətçiliyinin əsas sosial dayağı olan Bakı Dövlət Universitetində növbəti islahatlara start verildiyini bildirdi.

Tələbə-jurnalistlərin iş yerləri auditoriyalarına gəldi

23/02/2011

Bu gün BDU-da nun təşəbbüsü ilə Azərbaycanın 27 qəzet redaktorunun jurnalistika fakültəsinin IV kurs tələbələri ilə görüşü keçirilib. Tədbiri giriş sözü ilə açan dekan, professor Yalçın Əlizadə fakültənin tarixi haqqında məlumat verdikdən sonra görüşün əsas məqsədini açıqlayıb. Məlum olub ki, KİV rəhbərləri tələbə-jurnalistlərin işlə təmin edilməsində maraqlıdırlar. Bu barədə çıxış edən AR Prezidentinin yanında KİVDF rəhbəri Vüqar Səfərli Fondun azad mətbuatın, jurnalist peşəkarlığının inkişaf etdirilməsi, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün 2008-ci ildə Prezident İ. Əliyevin xüsusi fərmanı ilə yaradıldığını bildirib.

Türkiyənin tanınmış politoloqu BDU-da mühazirə oxudu

22/02/2011

Erməni-Türk məsələsi ilə əlaqədar bir çox tarixi araşdırmaların müəllifi olan Türkiyənin tanınmış politoloqu, professor Hikmət Özdəmir bu gün Bakı Dövlət Universitetində olub. BDU tələbələrinə “1915-2015 illərində erməni məsələsi” mövzusunuda mühazirə oxuyan türkiyəli professor, ermənilərin 1992-ci ildə Xocalıda azərbaycanlılara qarşı törətdikləri soyqırım ilə 1914-1916 illərdə Şərqi Anadoluda dinc əhaliyə qarşı erməni qətliamları arasında maraqlı parallellər aparıb.

Rektor apellyasiya şikayəti verən tələbələrlə görüşüb

22/02/2011

Rektor, akademik Abel Məhərrəmovun müvafiq əmrinə əsasən yanvar ayının 6-da başlayan və 31-də başa çatan qış imtahan sessiyasının nəticələrindən narazı qalaraq apellyasiya şikayəti verən tələbələrlə görüş keçirilib. Rektor tərəfindən qəbul edilən tələbələr “əla” və “yaxşı” qiymət almaları üçün 1-2 balın çatmadığını bildiriblər. Rektor isə apellyasiya şikayəti verən hər bir tələbəni dinləyib, müraciətlərinə uyğun olaraq işlərinin yenidən yoxlanılması tapşırığını verib.

Saytımızın təqdimatı keçirildi

18/02/2011

Bu gün Mətbuat və İnformasiya şöbəsinin yeni saytının (www.press.bsu.edu.az) təqdimatı keçirilib. Tədbirdə rektor, akademik Abel Məhərrəmov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, televiziya və media qurumlarının rəhbərləri, millət vəkilləri və digər ictimai-siyasi xadimlər iştirak ediblər.
Tədbiri giriş söz ilə açan universitetin rektoru Abel Məhərrəmov bildirib ki, 1875-ci ildə əsası qoyulan Azərbaycan mətbuatının çox böyük bir tarixi var.

Rektor təmir işləri ilə tanış olub

14/02/2011

Bu gün rektor, akademik Abel Məhərrəmov Biologiya, Kimya  və yeni açılacaq Ekologiya fakültələrində olub. Ekologiya fakültəsinin dekanlığı, tyutor otağı, Biologiya və Kimya fakültələrinin isə təmir edilmiş auditoriya və laboratoriyalarına baxış keçirib. İnzibati-təsərrüfat işləri üzrə prorektor Nəbi Ramazanlı görülmüş işlər haqqında rektora ətraflı məlumat verib. Akademik Abel Məhərrəmov İnformasiya Texnologiyaları Mərkəzinin müdiri Əzbər Sadayev, Kimya fakültəsinin dekanı Abdulsəyid Əzizov və Biologiya fakültəsinin dekanı Akif Quliyevə müvafiq tapşırıqlar verib.

Akademik Abel Məhərrəmov qiyabi təhsil alan tələbələrin imtahanlarında olub

14/02/2011

Bu gün rektor, akademik Abel Məhərrəmov Biologiya fakültəsinin    biofizika və immunologiya fənlərindən imtahan verən V kurs tələbələrinin imtahan prosesini izləyib. Qiyabi təhsil alan tələbələrlə söhbət edən rektor, suallarla maraqlanıb, koordinator-nəzarətçilərdən isə köçürmə hallarının olub-olmamasını soruşub. İmtahanın gedişindən razılıq edən tələbələr rektora onları maraqlandıran suallar veriblər. Nəzarətçi-müəllimlər isə neqativ hallarının olmadığını bildiriblər. Akademik Abel Məhərrəmov görüşdüyü bütün tələbələrə uğurlar arzulayıb, müəllimlərə isə tapşırıb ki, tələbələrin biliklərini obyektiv qiymətləndirsinlər.

Rektor son imtahan prosesini izlədi

31/01/2011

Rektor, akademik Abel Məhərrəmov qış imtahan sessiyası boyunca bütün auditoriyalarda imtahan prosesini izləyib. Köçürmə hallarının olub-olmaması, sualların mühazirə ilə uyğunluq təşkil edib-etməməsi ilə maraqlanan rektor, koordinator-müəllim nəzarətinə də diqqət yetirib. Yanvarın 28 və 29-da Hüquq, Kimya, Jurnalistika, Sosial elmlər və psixologiya, Kitabxanaçılıq fakültələrində olan rektor tələbələrlə söhbət edib, suallarla tanış olub, problemləri ilə maraqlanıb. Tələbələr imtahanların obyektiv təşkilinə və yaradılmış şəraitə görə rektora təşəkkür ediblər.

BDU-nun müsabiqədən keçmiş 3 magistri Moskva Fizika-Texniki İnstitutunda oxuyacaq

25/01/2011

Bakı Dövlət Universiteti ilə Moskva Fizika-Texniki Universiteti (MFTİ) arasında əməkdaşlıq barədə imzalanmış Anlaşma Memorandumuna əsasən ötən gün universitetin Kimya, Fizika və Geologiya fakültəsinin I və II kursunda təhsil alan 17 nəfər magistr təhsillərini adıçəkilən institutda davam etdirmək məqsədilə imtahan veriblər. İmtahan MFTİ-nin əməkdaşları Slobodyanin Valeriy Pavloviç və Nazar Ağaxanov Xangəldiyeviçin nəzarəti altında yazılı və şifahi şəkildə keçirilib. Riyaziyyat və fizikaya aid olan suallar ancaq məsələlərdən ibarət olub.

Magistrlər Moskva Fizika-Texniki İnstitutunda təhsil almaq üçün imtahan veriblər

24/01/2011

Bu gün Bakı Dövlət Universitetinin Kimya, Fizika və Geologiya fakültəsinin I və II kursunda təhsil alan 17 nəfər magistr BDU və Moskva Fizika-Texniki İnstitutu (MFTİ) arasında imzalanmış Anlaşma Memorandumuna əsasən MFTİ-də magistratura təhsillərini davam etdirmək üçün imtahan veriblər. İmtahan prosesini izləyən rektor, akademik Abel Məhərrəmov tələbələrlə söhbət edib, suallarla maraqlanıb, onların hər birinə uğurlar arzulayıb.İmtahan MFTİ-nin əməkdaşları Slobodyanin Valeriy Pavloviç və Nazar Agaxanov Xangəldiyeviçin nəzarəti altında yazılı və şifahi şəkildə keçirilib.

BDU-da 20 yanvar şəhidləri anıldı

20/01/2011

Bu gün Bakı Dövlət Universitetində 20 yanvar şəhidlərinə həsr olunmuş anım mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov deyib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 |
 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!