BDU-da Avropa Komissiyasının 7-ci Çərçivə Proqramı əsasında treninqlər başlayıb

26/09/2011

Bu gündən etibarən Bakı Dövlət Universitetində Avropa Komissiyasının 7-ci Çərçivə Proqramı əsasında “Elektronika və Fotonika üçün Nanotexnologiya Platforması – NAPEP” layihəsi üzrə seminar və treninqlər öz işinə başlayıb.

 

 

BDU İLƏ RENMİN UNİVERSİTETİ ARASINDA MEMORANDUM İMZALANIB

23/09/2011

Çinin Renmin Universitetinin rektoru, professor Ji Buxengin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Nümayəndə heyətini BDU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru dosent Şəlalə Məmmədova qəbul edib.

 

 

Almaniyanın Ziqen Universitetinin professoru BDU-da mühazirə oxuyacaq

22/09/2011

Bakı Dövlət Universiteti ilə Almaniyanın Ziqen Universiteti arasında imzalanmış Anlaşma Memorandumuna əsasən əməkdaşlığın daha da  genişləndirilməsi məqsədi ilə Ziqen Universitetinin İqtisadiyyat fakültəsinin professorları Karl-Josef Koch, Gerd Morgenthaler və Orta Əsrlər və Müasir tarix şöbəsinin müdiri professor, doktor Rafaela Averkorn Bakı Dövlət Universitetində olublar.

 

I kurs tələbələri ilə görüş

21/09/2011

Tələbə Həmkarlar İttifaqı Komitəsi birinci kurs tələbələri ilə görüş keçirib. Tədbiri göriş sözü ilə açan sədr Daşqın Qəmbərov iştirakçıları Bakı Dövlət Universitetinin tələbəsi adını qazanması münasibəti ilə təbrik edib.

 

 

BDU-nun hüquq fakültəsinin professor-müəllim heyətinin BDU rektoru akademik A.M.Məhərrəmova müraciəti

17/09/2011

Hörmətli Abel müəllim!

Son zamanlar Bakı Dövlət Universitetində təhsilin keyfiyyətinin artırılmasına, tədrisin gücləndirilməsinə, beynəlxalq təlim metodlarının və innovasiyaların tətbiqinə yönəlmiş islahatlar cəmiyyət tərəfindən çox yüksək qiymətləndirilir. Bu islahatlar xüsusilə BDU-nun Hüquq fakültəsində surətlə aparılmış və fakültədə tamamilə yeni əhval-ruhiyyə yaratmışdır.

BDU və ADNA arasında əməkdaşlıq müqaviləsi imzalanıb

16/09/2011

Bu gün Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni BDU-nun rektoru, akademik Abel Məhərrəmov və ADNA-nın  rektoru, professor Siyavuş Qarayev imzalayıblar.

 

 

BDU-da Bilik günü keçirilib

15/09/2011

Bu gün Bakı Dövlət Universitetində 15 sentyabr - Bilik günü münasibətilə tədbir keçirilib. Rektor, akademik Abel Məhərrəmov tələbələri, onların valideynlərini, müəllim və tədbir iştirakçılarını Bilik günü münasibətilə təbrik edib. Akademik Abel Məhərrəmov deyib ki, Bakı Dövlət Universiteti gənc nəslin təlim-tərbiyəsində, elm və təhsilində, mütəxəssislərin hazırlanmasında bütün təhsil ocaqlarına örnək olmuş və bu gün də örnək olaraq qalmaqdadır.

 

BDU-nun nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində Bilik bayramı qeyd edilib

15/09/2011

Bu gün Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində Bilik bayramının sevincləri yaşanıb. BDU-nun rektoru, akademik Abel Məhərrəmov tədbir iştirakçılarını bu münasibəti ilə təbrik edib.

 

 

Abel Məhərrəmov kimya fakültəsinin I kurs tələbələri və onların valideynləri ilə görüşüb

13/09/2011

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov bu il kimya fakültəsinə qəbul olmuş tələbələr və onların valideynləri ilə görüşüb. Rektor tələbələri universitetin ən tarixi fakültəsinə daxil olmaları münasibətilə təbrik edib, valideynlərə isə gözaydınlığı verib.



BDU dünyanın 700 top universitetləri siyahısına daxil olub

12/09/2011

“QS World University Rankings-2011” reytinqinə görə Bakı Dövlət Universiteti (BDU) dünyanın 700 top universitetinin siyahısına daxil olub və 643-cu yerdə qərarlaşıb. Bu məqsədlə müxtəlif ölkələrin 2919 universiteti haqqında məlumat təhlil edilib və nəticədə 712 ali məktəb reytinqə daxil olub.

 

 

Abel Məhərrəmov «Qızıl Buta» mükafatının qaliblərindən oldu

05/09/2011

"Dünya Azərbaycanlıları” İctimai Mərkəzi “Qızıl Buta” Mükafatının növbəti qaliblərinin adını açıqlayıb.

 

 

 

Rektor səfirlə görüşüb

24/08/2011

Bu gün Bakı Dövlət Universitetinin rektoru,millət vəkili,  parlamentin Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri akademik Abel Məhərrəmov Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilən Gürsel İsmayılzadəni qəbul edib.

 

BDU tələbələri ABŞ Dövlət Departamentinin proqramını udublar

10/08/2011

Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov ABŞ səfirliyinin mətbuat müşaviri Kis Bin, Səfirliyin Təhsil və Mədəniyyət işləri üzrə müşaviri Kris Consu qəbul edib. Görüşdə ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri üzrə Bürosunun UQRAD və digər təhsil mübadilə proqramları ətrafında fikir mübadiləsi apırılıb.

 

BDU-nun rektoru ABŞ Ədliyyə Departamentinin Xaricdə Prokurorluğun İnkişafına Yardım Proqramının Avroasiya üzrə Regional direktorunu qəbul edib

10/08/2011

Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov ABŞ Ədliyyə Departamentinin Xaricdə Prokurorluğun İnkişafına Yardım Proqramının Avroasiya üzrə Regional direktoru, eyni zamanda, McGill universitetinin dosenti xanım Katerina Nyukamı qəbul edib. Məlum olub ki, qonaq Azərbaycanın hüquqşünas kadrlarını hazırlayan, zəngin ənənələrə malik təhsil ocağı olan Bakı Dövlət Universitetinin hüquq fakültəsi ilə tanış olmaq niyyətindədir.


Rusiya Gənclər İctimai Palatasının nümayəndələri BDU-da olublar

22/07/2011

Rusiya Gənclər İctimai Palatasının (GİP) nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub. Qonaqlar ölkəmizə Rusiya Azərbaycan Gənclər Təşkilatının, şəxsən onun prezidenti Leyla Əliyevanın dəvəti ilə gəliblər.

 

 

BDU Elmi Şurasının bu tədris ilində son iclası keçirilib

13/07/2011

Bu gün Bakı Dövlət Universitetində Elmi Şuranın bu tədris ilində son iclası keçirilib. Rektor, akademik Abel Məhərrəmov çıxışında xalqımızın ümummilli lideri Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyindən, ulu öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən bəhs edib, dövlət başçısının təhsilin və elmin inkişafı ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətindən danışıb.

 

 

Kadrlar şöbəsinin təmir və yenidənqurma işlərindən sonra açılış mərasimi olub

13/07/2011

Bu gün Bakı Dövlət Universitetində Kadrlar şöbəsinin təmir və yenidənqurma işlərindən sonra açılış mərasimi olub.Tədbirdə rektor akademik Abel Məhərrəmov, Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov, dekanlar, kafedra müdirləri iştirak ediblər.

 

 

BDU-nun Mətbuat və İnformasiya şöbəsinin müdiri Pərvanə İbrahimova «İlin ən fəal şöbə müdiri» fəxri adına layiq görülüb

13/07/2011

Bu gün Bakı Dövlət Universitetində Elmi Şuranın bu tədris ilində son iclası keçirilib. Rektor Abel Məhərrəmov il ərzində tədrisdə, elmdə qazanılmış uğurlardan bəhs edib. Bir çox məsələlərin müzakirə olunduğu iclasda tədris ilinin yekunları üzrə «İlin müəllimi, «İlin kafedra müdiri», «İlin dekanı» müsabiqələrinin qaliblərinə mükafatlar təqdim olunub.

 

 

BDU-nun rektoru Abel Məhərrəmova medianın “Xüsusi Rəğbət” mükafatı verilib

12/07/2011

Bu gün Bakı Dövlət Universitetinin  rektoru Abel Məhərrəmova medianın "Xüsusi rəğbət” mükafatı təqdim edilib. Mükafat Azərbaycan Milli Mətbuatının 136-cı ildönümü münasibətilə Modern.az portalı və Sosial İnformasiya Agentliyi tərəfindən təsis olunub.

 

 

BDU İLƏ İSTANBUL UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ GENİŞLƏNİR

08/07/2011

Bu gün Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq əlaqələr üzrə prorektoru Şəlalə Məmmədova İstanbul Universitetinin (SU) Jurnalistika fakültəsinin dekanı professor, Dr Aydemir Okayın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

 

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 |
 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!