02/05/2010
|
Mayın 1-də BDU-nun kimya fakültəsində 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının yekun eksperimental turu keçirilib. Olimpiadaya Azərbaycan da daxil olmaqla 14 ölkədən: MDB dövlətləri, həmçinin Makedoniya, Bolqarıstan və Rumıniyadan 9-11-ci sinif şagirdləri qatılmışdılar. Olimpiadanın 2 nəzəri turundan sonra təcrübi mərhələ - iştirakçıların qruplara bölünməsi və lazımi laboratoriyalara aparılması işə başlayıb. Öncə hər bir olimpiada iştirakçısına təcrübi işi yerinə yetirmək üçün 4 saat vaxtın olduğu xatırladılıb və ayrıca tapşırıq verilərək, xüsusi ehtiyatla davranmağı tələb edən preparatlar təqdim edilib. |
29/04/2010
|
Aprelin 29-da Bakı Dövlət Universitetinin və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş «Hüquq elminin müasir problemləri» mövzusunda 2-ci beynəlxalq elmi-praktik konfrans keçirilib. 10-dan çox dövlətin 200-ə yaxın nümayəndəsinin iştirakı ilə başlayan konfrans iştirakçıları öncə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. |
20/04/2010
|
Aprelin 20-də Bakı Dövlət Universitetinin Mətbuat və Informasiya şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə «Erməni saxtakarlığı və vandalizmi» Azərbaycan jurnalistləri bu barədə nə düşünür?» mövzusunda dəyirmi masa keçirilib.Rektor dəyirmi masada iştirak edən deputat həmkarlarını, qəzet baş redaktorlarını bu məsələdə daha aktiv olmağa, ümummilli məsələ olan erməni vandalizmini daim gündəmdə saxlamağa çağırıb. |
17/04/2010
|
Aprelin 17-də Bakı Dövlət Universitetinin futbol meydançasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə universitetin 16 fakültəsi, eyni zamanda MDU-nun Bakı filialının tələbələri arasında futbol yarışının təntənəli açılış mərasimi keçirilib.Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov son illərdə ölkəmizdə idmana göstərilən xüsusi dövlət qayğısından danışıb. |
13/04/2010
![]() |
Aprelin 9-da Şərqşünaslıq fakültəsində fakültənin İran filologiyası kafedrasının professoru Şulan Şirəliyevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.Fakültə əməkdaşlarının, çoxsaylı qonaqların, alimin yetirmələrinin də iştirak etdiyi tədbiri rektor, akademik Abel Məhərrəmov açıb. Akademik Abel Məhərrəmov sonda bir məsələyə də toxunub: «Baxmayaraq ki, bu gün Şulan müəllimin 75 illik yubileyini qeyd edirik, amma ona bu yaşı vermək qeyri-mümkündür. |
12/04/2010
![]() |
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının müəllimi Ruslan Mirzəyev tədris etdiyi Kommersiya hüququ magistr proqramındakı magistrantlar – Simuzər Feyzullayeva və Leyla Səfərova ilə birlikdə 17-ci VİS Beynəlxalq Kommersiya Arbitrajı Müsabiqəsində iştirak ediblər. Ruslan Mirzəyev öncə Bakı Dövlət Universitetini adıçəkilən mötəbər Müsabiqədə iştirak üçün qeydiyyatdan keçirib və hazırlaşdırdığı tələbələri ilə birlikdə 25 mart - 2 aprel tarixlərində müsabiqənin keçirildiyi Vyana şəhərində olub. |
05/04/2010
![]() |
Aprelin 5-də Bakı Dövlət Universitetində «İnsan alverinin mahiyyəti, doğurduğu təhlükələr və onunla mübarizə» mövzusunda tədbir keçirilib. |
02/04/2010
|
Aprelin 2-də Bakı Dövlət Universitetində görkəmli alim və ictimai xadim, Bakı Dövlət Universitetinin sabiq rektoru, əməkdar elm xadimi, akademik Abdulla Qarayevin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Akademik Abel Məhərrəmov, Xarici İşlər naziri Elmar Məmmədyarov, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Abdulla Qarayevin ailə üzvləri ilk öncə alimin uzun illər çalışdığı kafedranın önündə barelyefinin, sonra isə akademikin adını daşıyan auditoriyanın açılışında iştirak ediblər. |
31/03/2010
|
31 Mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbir keçirilib. Rektor, akademik Abel Məhərrəmov tədbiri açaraq ermənilərin xalqımıza qarşı törətdiyi ən qanlı cinayətlərdən olan 1918-ci il 31 mart soyqırımından danışıb. Akademik bildirib ki, Azərbaycan torpaqları hesabına dövlət quran ermənilər tarixin bütün mərhələlərində xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməlləri ilə yadda qalıblar. «Məzlum xalq» adı altında gizlənən ermənilər nəinki Qafqazda və Azərbaycanda, dünyanın əksər ölkələrində ən qanlı hadisələrə, terrora, qırğınlara imza atıblar. |
19/03/2010
|
Martın 19-da Bakı Dövlət Universitetinin yeməkxanasında Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Novruz şənliyi keçirildi. Mərasimi giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov bu əziz bayram münasibətilə tədbir iştirakçılarını və xalqımızı təbrik etdi. Bahar bayramının tarixi əhəmiyyətindən bəhs edən rektor bu bayramı həm də birlik, həmrəylik, qardaşlıq rəmzi kimi xarakterizə etdi: «Bu əlamətdar bayramı hamımız bir yerdə qeyd edirik. Hərənin qəlbində öz arzu-diləyi var. |
18/03/2010
|
Martın 18-də BDU Elmi Şurasının növbəti iclası keçirildi. AMEA-nın Rəyasət Heyətinin, elmi şura üzvlərinin, tanınmış alimlərin iştirak etdiyi və 2009-cu ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş iclası universitetin rektoru, millət vəkili, akademik Abel Məhərrəmov açdı. Mayıl Əliyev həmçinin universitetdaxili 50+50 qrant proqramından, 32 beynəlxalq və respublikadaxili qrant proqramında iştirakdan da bəhs etdi. |
13/03/2010
![]() |
Martın 12-də Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş şahmat turnirinin açılış mərasimi oldu. Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Fikrət Şiriyev rektor, akademik Abel Məhərrəmovu və mərasimə dəvət olunmuş qonaqları - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, görkəmli şahmatçı, beynəlxalq qrossmeystr Aynur Sofiyevanı, Azərbaycan Şahmat Federasiyasının icraçı direktoru, beynəlxalq dərəcəli hakim Namiq İsmayılovu, o cümlədən tədbir iştirakçılarını salamladı. |
25/12/2009
![]() |
Dekabrın 22-də Bakı Dövlət Universitetində BDU və Rusiya Elmlər Akademiyasının Rentgenstruktur Analiz Mərkəzi arasında təsdiqlənmiş layihə çərçivəsində təşkil olunmuş təlim kursunun müdavimlərinə sertifikatların təqdim olunma mərasimi keçirildi. Tədbiri giriş sözü ilə BDU-nun rektoru Abel Məhərrəmov açaraq bildirdi ki, bu layihə Azərbaycanda kristal qrafiya elminin inkişafı üçün tarixi bir layihədir. |
21/12/2009
|
18 Dekabr 2009-cu il tarixində Bakı Dövlət Universitetində (BDU) Milli TEMPUS məlumat Gününə həsr olunmuş beynəlxalq konfrans keçirildi. Konfransda Bakı Dövlət Universitetində keyfiyyətin təminatı ilə yanaşı, 2009-cu ildə TEMPUS IV proqramı üzrə təkliflərin nəticələri; 2009-cu ildə TEMPUS IV çərçivəsində təkliflərin verilməsinə dair dəvət; Azərbaycanda ən keyfiyyətli Tempus layihələri; “Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi” Proqramında Azərbaycan universitetləri üçün imkanlar və Azərbaycanda Tempus və Milli TEMPUS Ofisinin rolu müzakirə olundu. |
Məzun günümüz...
BDU-nun zahiri gözəlliyindən...
Yay sessiyası başladı!
«Bakı Universiteti» nəşriyyatı fəaliyyəti...
BDU-da fəaliyyət göstərən yeməkxanalar haqqında hazırladığımız reportaj...