31/03/2011
Bu gün Bakı Dövlət Universitetində 31 mart soyqırımı ilə əlaqədar tədbir keçirilib. Soyqırımı aktını xalqımıza qarşı ermənilərin törətdiyi ən qanlı cinayət kimi səciyyələndirən rektor, akademik Abel Məhərrəmov Azərbaycan torpaqları hesabına dövlət quran ermənilərin tarixin bütün mərhələlərində xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməlləri ilə yadda qaldığını deyib.
30/03/2011
Aşagıdakı fakültələrdə boş olan dekan vəzifələrini tutmaq üçün müsabiqə elan edir:
30/03/2011
BDU-nun rektoru, akademik Abel Məhərrəmovun rəhbərlik etdiyi nümayəndə heyəti 16-19 mart 2011-ci il tarixində Rumıniyanın Konstanta şəhərinin Ovidius Universitetində Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyası tərəfindən təşkil olunmuş “Davamlı inkişaf üçün təhsil və idarəetmə” mövzusunda beynəlxalq konfransda iştirak edib.
29/03/2011
Bu gün «Trend» İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynli Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının müəllimi Pərvanə İbrahimovanın tədris etdiyi «Azərbaycan informasiya agentliklərinin təşəkkülü və inkişafı» fənni üzrə IV kurs tələbələrinə mühazirə oxuyub.
29/03/2011
Bu gün Tələbə Həmkarlar İttifaqı Komitəsi, Bədən tərbiyəsi və İdman kafedrası ilə birgə Ulu öndər, Ümummilli lider Heydər Əliyevin andan olmasının 88-ci il dönümünə həsr olunmuş fakültələrarası futbol çempionatının püşkatma mərhələsini keçirib.
15/03/2011
Rektor, akademik Abel Məhərrəmov Türkiyə Cümhuriyyəti Atatürk Universitetinin rektoru, professor, doktor Hikmət Koçakı qəbul edib. BDU haqqında ətraflı məlumat verən akademik Abel Məhərrəmov universitetin yaranma və inkişaf tarixindən, əsasən bu təhsil ocağının beynəlxalq əlaqələrindən, əsasən də Türkiyə universitetləri ilə münasibətlərdən bəhs edib.
15/03/2011
Bu gün Bakı Dövlət Universitetinin yeməkxanasında Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ənənəvi Novruz şənliyi keçirildi. Tədbiri açan rektor, akademik Abel Məhərrəmov bütün tədbir iştirakçılarını və xalqımızı bu gözəl bayram münasibətilə təbrik etdi. Bahar bayramını birlik, həmrəylik, qardaşlıq rəmzi kimi xarakterizə edən rektor, onun tarixi əhəmiyyətindən bəhs etdi.
11/03/2011
Prezident Barak Obamanın elm və təhsil sahələrində əlaqələrin gücləndirilməsi təşəbbüsü çərçivəsində Azərbaycana gələn ABŞ prezidentinin Elmi məsələləri üzrə elçisi, eyni zamanda, Lihay Universitetinin prezidenti, doktor Elis Qast bu gün Bakı Dövlət Universitetində olub. Rektor, akademik Abel Məhərrəmovla keçirilən görüşdə universitetlərarası əməkdaşlıq məsələləri müzakirə edilib, gələcəkdə ikitərəfli müqavilənin imzalanması barədə fikir mübadiləsi aparılıb.
10/03/2011
Bu gün Bakı Dövlət Universitetində böyük türkmən şairi Nurməhəmməd Əndəlibin 350 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov yaradıcılığı ilə müxtəlif mədəniyyətlərin sintezinə, bir-birini qarşılıqlı şəkildə zənginləşdirməsinə xidmət edən, ümumbəşər ideallar və dəyərlər aşılamağa çalışan bu böyük sənətkar və mütəfəkkirin 350 illik yubileyinin Bakı Dövlət Universitetində qeyd olunmasının sevindirici hal olduğunu bildirib.
10/03/2011
Bu gün Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində tibb elmləri doktoru, professor Maksud Səfər oğlu Qasımovun Bakı şəhəri aqlomerasiyası əhalisinin və Azərbaycan əhalisinin istirahət (rekreasiya) təminatına, problemlərinə həsr olunmuş bir sıra qiymətli əsərlərinin təqdimatı keçirilib.
10/03/2011
Rektor, akademik Abel Məhərrəmov sosial şəbəkələr vasitəsilə gənclərin 11 martda kütləvi mitinqlərə çağırılması ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, internet vasitəsi ilə bizimkilərə cürbəcür təkliflər göndərirlər: «Əfsuslar olsun ki, bu çağırışlarla bizimkiləri erməni diasporu və erməni xislətli düşmənlərimiz yoldan çıxarmaq istəyirlər. Sual oluna bilər ki, bu insanlar bunu niyə edirlər? Çünki bu gün Ermənistanda vəziyyət çox ağırdır. Azərbaycan isə dinamik inkişaf edir.
09/03/2011
Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov British Council-un rəhbəri Paul Klementonla görüşüb. Görüşün əsas məqsədi BDU ilə British Counsil arasında Anlaşma Memorandumunun imzalanması olub. Ötən ilin dekabr ayında tərəflər arasında keçirilən görüşdən sonra əməkdaşlıq konturlarının əldə olunması istiqamətində səylər müsbət qiymətləndirilib. Rektor Abel Məhərrəmov və Paul Klementon böyük və faydalı işə başlandığını, bunun uğurlu nəticələr verəcəyinə əminlik ifadə ediblər.
07/03/2011
Son zamanlar nanotexnologiyalar elmin çox aktual sahəsinə çevrilib. Bu texnologiyalar maddəyə müxtəlif təsir metodları, yanaşmaları, atom və molekullar ilə əlaqəli olan bütün texniki prosesləri özündə cəmləşdirir. Nanotexnologiyanın tətbiq sahələri həddən artıq çoxdur: ekologiya, tibb, kosmos, kibernetika, sənaye - xüsusilə neft sənayesi. Neft sahəsində nanotexnologiyalın tətbiqi ölkəmiz üçün çox əhəmiyyətlidir.
07/03/2011
Bu gün Bakı Dövlət Universitetində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Xanımları təbrik edən rektor, akademik Abel Məhərrəmov son dövrlərdə cəmiyyətdə qadının rolunun çox yüksəldiyini, kişilərlə eyni hüquq və imtiyazlara sahib olduqlarını bildirib. Rektorun sözlərindən məlum olub ki, BDU-da qadınlar aparıcı qüvvə kimi çıxış edir.
Məzun günümüz...
BDU-nun zahiri gözəlliyindən...
Yay sessiyası başladı!
«Bakı Universiteti» nəşriyyatı fəaliyyəti...
BDU-da fəaliyyət göstərən yeməkxanalar haqqında hazırladığımız reportaj...