Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciə .....

30/04/2009

9-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciə ilə əlaqədar yaranmış mənəvi, psixoloji durumu normal məcraya yönəltmək, tələbələr arasında yayılmış şaiyələri və valideynlərin narahatçılığını aradan qaldırmaq, habelə BDU-nun daxili nizam-intizam qaydalarını bir qədər də möhkəmləndirmək, giriş-çıxışa nəzarəti gücləndirmək məqsədilə rektor, akademik Abel Məhərrəmovun yanında müşavirə keçirildi.

Xalq yazıçısı Mehdi Hüseynin 100 illik yubileyi keçirildi

24/04/2009

Aprelin 24-də Bakı Dövlət Universitetində Azərbaycan xalq yazıçısı, dramaturq, tənqidçi, ictimai xadim Mehdi Əli oğlu Hüseynovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. BDU-nun rektoru, akademik Abel Məhərrəmov tədbiri giriş sözü ilə açaraq görkəmli ədəbiyyatşünas alimin həyat və yaradıcılıq yolundan danışdı. Azərbaycan ədəbiyyatında, tarixində silinməz bir iz qoyduğunu bildirdi.

Aprelin 25-də Bakı Dövlət Universitetində ümumuniversitet iməcliyi keçiriləcək

20/04/2009

Aprelin 25-də Bakı Dövlət Universitetinin kollektivi rektor, akademik Abel Məhərrəmovun təşəbbüsü ilə ümumuniversitet iməcliyi keçirəcək. İməclik çərçivəsində kafedra, auditoriya, labaratoriyalarda təmizlik, universitetin həyətində isə səliqə-səhman işləri aparılacaq, yaşıllıqlar salınacaq, ağac və gül kölları əkiləcək.

Heydər Əliyevin 86 illik yubileyinə həsr olunmuş futbol turnirinə start verildi

18/04/2009

Aprelin 18-də Bakı Dövlət Universitetində Heydər Əliyevin 86 illik yubileyinə həsr olunmuş futbol turnirinin açılış mərasimi keçirildi. Turniri rəsmi olaraq açıq elan edən rektor, akademik, millət vəkili Abel Məhərrəmov iştirakçıları bu münasibətlə təbrik etdi. Əfsanəvi futbolçu Ələkbər Məmmədov açılışın rəmzi olan futbol topunu rektor Abel Məhərrəmova təqdim etdi.

Heydər Əliyevin şərəfinə təşkil olunan Şahmat turniri davam edir

18/04/2009

Aprelin ortalarından universitetin Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və dəstəyi ilə start götürən Şahmat turniri ötən illər olduğu kimi bu il də universitetin müəllim və əməkdaşları arasında keçirilir. Həvəskar şahmatçıların yarışında əsas məqsəd idmanın bu növünə kollektiv arasında maraq yaratmaq və onların arasından peşəkarları seçməkdir.

Aprelin 10-da Elmi Şuranın növbəti iclası keçirilmişdir

15/04/2009

Aprelin 10-da BDU-nun Elmi Şurasının növbəti iclası keçirilmişdir. AMEAnın Rəyasət Heyəti üzvləri, BDU-nun elmi Şurasının üzvləri, tanınmış alimlər və KİV nümayəndələrinin iştirak etdiyi iclası giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov, açaraq Azərbaycan elminin, təhsilinin dinamik inkişafı, elmi kadrların hazırlanması, elmi potensialının gücləndirilməsi, elmi-texniki nailiyyətlərin əldə olunmasının vacib məsələlərdən olduğunu bildirmişdir.

Rektorun tələbələr ilə görüşü

13/04/2009

BDU-nun rektoru, akademik Abel Məhərrəmov aprelin 13-də tətbiqi-riyaziyyat, fizika və mexanika-riyaziyyat, aprelin 14-də isə kimya, biologiya, geologiya və coğrafiya fakültələrinin IV kurs tələbələri ilə görüş keçirdi. Əsasən dövlət imtahanı ilə bağlı məsələlər müzakirə olundu. Qeyd edək ki, dövlət imtahanları ilə əlaqədar rektor, akademik Abel Məhərrəmov mütəmadi olaraq digər fakültələrin tələbələri ilə də görüşəcək.

Rektorun Tətbiqi riyaziyyat və kibernetika, Fizika və Mexanika-riyaziyyat fakültələrinin IV kurs tələbələri ilə görüşü

13/04/2009

Aprelin 13-də BDU-nun Böyük Akt zalında rektor, akademik Abel Məhərrəmovun tətbiqi-riyaziyyat, fizika və mexanika-riyaziyyat fakültələrinin IV kurs tələbələri ilə görüşü keçirildi. Görüşdə əsas mövzu dövlət imtahanı ilə bağlı idi. Rektor Abel Məhərrəmov tələbələrin çoxsaylı suallarını cavablandıraraq, görüş zamanı ona yazılı şəkildə göndərilən şikayətləri də elə yerindəcə fakültənin dekanları ilə çözməyə çalışdı.

Böyük Elmi Şuranın genişləndirilmiş iclası keçirildi

17/03/2009

Martın 17-də yeni tədris korpusunun Akt zalında Elmi Şuranın genişləndirilmiş iclası keçirildi. Hesabatlar Elmi Şuranın sədri və Şura üzvləri tərəfindən qənaətbəxş hesab olundu. BDU-nun 90 illik yubileyi ilə bağlı müsabiqənin keçirilməsi məsələsi müzakirə edildikdən sonra elmi adların verilməsi səsə qoyularıq qəbul olundu.

MTN-in 90 illik yubileyi qeyd olundu

16/03/2009

Martın 16-da yeni tədris korpusunun Akt zalında Milli Təhlükəsizlik Nazirliyinin 90 illik yubileyinə həsr olunan tədbir keçirildi. Tədbiri açan rektor, akademik Abel Məhərrəmov Nazirliyin 90 ildə əldə etdiyi nailiyyətlərdən, uğurlardan, müxtəlif mərhələlərdə üzləşdiyi çətinliklərə baxmayaraq, şərəfli fəaliyyətindən bəhs etdi.

Yubileylə bağli müşavirə keçirildi

02/03/2009

Universitetin 90 illik yubileyinin qeyd edilməsi ilə bağlı rektor, akademik Abel Məhərrəmovun yanında müşavirə keçirildi. AHİK-in sədri, dosent Fikrət Şiriyev görülən və görüləcək işləri bənd-bənd şərh edərək bildirdi ki, BDU-nun tarixi ilə bağlı Animasiya filmi bir neçə günə yekunlaşdırılaraq rektora təqdim olunacaq.

Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Bəxtiyar Vahabzadənin əziz xatirəsi heç vaxt unudulmayacaqdır

15/02/2009

Fevralın 14-də ölkəmizin ictimaiyyəti müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, görkəmli şair, dramaturq və ədəbiyyatşünası, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, əməkdar incəsənət xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Bəxtiyar Mahmud oğlu Vahabzadəni son mənzilə yola salmışdır.

Milli Aviasiya Akademiyasında akademik Arif Paşayevin 75 illik yubileyi münasibətilə tədbir keçirilmişdir

14/02/2009

Milli Aviasiya Akademiyasında bu təhsil müəssisəsinin rektoru, akademik Arif Paşayevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Onun gərgin əməyi sayəsində Milli Aviasiya Akademiyasının maddi-texniki bazasının təkmilləşdirildiyi, təhsil ocağında yeni tədris korpuslarının tikildiyi, müasir tələblərə cavab verən laboratoriyaların qurulduğu, akademiyada yeni ixtisasların açıldığı qeyd edildi.

\"Azərbaycan\" qəzeti milli mətbuatın mütərəqqi ənənələrini və müasir nailiyyətlərini özündə birləşdirir

20/12/2008

Müasir qəzet bolluğunda özünəməxsus dəst-xətti, aydın və prinsipial mövqeyi ilə seçilən, yarandığı gündən xalqın müstəqillik, azadlıq ideallarının tərənnümçüsü, təbliğatçısı kimi cəmiyyətdə böyük nüfuz qazanan "Azərbaycan" qəzetinin 90 illik yubileyi Bakı Dövlət Universitetində yüksək səviyyədə qeyd olunmuşdur.

Yubiley mərasimləri qeyd olundu

20/10/2008

Ənənəyə sədaqət hissi ilə günü-gündən inkişaf edən Universitetimizdə ömrünü auditoriyalarda şam kimi əridən müəllimlərə, pedaqoq alimlərə həmişə ehtiram olub. Yeni tədris ilinin ilk ayında yubilyarlarla görüşən  Arif Mustafayevi, Həbibə Soltanovanı, Sabir Mirzəyevi,  Teymur İlyaslının, Cabir Məmmədovu, Məmməd Fətəliyevi, Telman Xəlilovu, Safura Allahverdiyevanı təbrik edərək onların universitetin inkişafında, ali təhsilli kadrların hazırlanması istiqamətində görülən işlərdəki xidmətlərindən danışdı.

Milli dövlətçilik tariximizin unudulmaz səhifələrindən biri oktyabrın 15-də yazıldı

15/10/2008

Hər bir seçkinin ən böyük uğuru ilk növbədə seçicilərin fəal iştirakıdır. BDU-da yerləşən 16 saylı Yasamal ikinci seçki dairəsinin XI məntəqəsi seçicilərin iştirak payına və nəticəyə görə birincilik əldə etdi. Daimi seçiçi siyahısından 1483 nəfərin iştirak etdiyi seçkidə 1438 etibarlı səs qeydə alındı. MSK tərəfindən qeydiyyata alınan yeddi namizədi arasında 1300 səsi məntəqədən cənab İlham Əliyev toplayaraq birinci pillədə qərarlaşıb. Bu da XI saylı məntəqə üzrə etibarlı səsin 91 faizi deməkdir.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının açılışı oldu

04/10/2008

Azərbaycan-Rusiya elmi, mədəni və ictimai-siyasi əlaqələrində yeni mərhələ hesab olunan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının açılışı oktyabrın 4-də baş tutdu. Azərbaycan Nəfəsli Alətlər Orkestrinin ifasında müxtəlif musiqilərin müşayiəti ilə başlanan mərasimi filialın rektoru, professor Nərgiz xanım Paşayeva açdı.

«Gənc istedadlar» liseyində bayram mərasimi keçirildi

15/09/2008

Sentyabrın 15-də Bilik günü münasibətilə Universitetimizin nəzdində fəaliyyət göstərən «Gənc istedadlar» litseyində bayram mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan litseyin direktor müavini Çingiz Cəlilov iştirakçıları yeni dərs ili münasibətilə təbrik etdi. Dövlət himni səsləndikdən sonra litseyin direktoru Qasım Hüseynov çıxış edərək rəhbərlik etdiyi tədris müəssisəsinin fəaliyyətindən danışdı, bildirdi ki, litseynin 8-9-cu siniflərində 460 şagird təhsil alır.

Milli Məclisdə ulu öndər Heydər Əliyevin 85 illiyinə həsr olunmuş yubiley iclası keçirilmişdir

07/05/2008

Mayın 6-da Milli Məclisdə ümummilli lider Heydər Əliyevin 85 illik yübileyi ilə əlaqədar geniş iclas keçirildi. Parlamentin Sədri Oqtay Əsədov iclası açaraq ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan, xalqımız üçün gördüyü böyük işlərdən danışdı. "Tariximizin son yarım əsrdən artıq bir dövrü Heydər Əliyevin parlaq fəaliyyəti ilə bağlıdır. Yalnız onun sayəsində xalqımız əvvəlcə siyasi və dövlət müstəqilliyinin möhkəm təməlini yaratmış, daha sonra isə bu təməl üzərində qurulan müstəqil dövlətini qoruyub saxlaya bilmişdir.

Görkəmli ədib, alim və pedaqoq Mir Cəlal Paşayevin barelyefinin açılışı olmuşdur

27/04/2008


Aprelin 26-da Bakı Dövlət Universitetində Azərbaycan ədəbiyyatının və elminin inkişafında böyük xidmətləri olan görkəmli yazıçı, alim və pedaqoq, professor Mir Cəlal Paşayevin vaxtilə rəhbərlik etdiyi Azərbaycan ədəbiyyatı tarixi kafedrasının önündə barelyefinin açılışı olmuşdur. Mərasimdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Mir Cəlal Paşayevin geniş elmi və pedaqoji fəaliyyətindən, zəngin ədəbi irsinin əhəmiyyətindən, şəxsiyyətinin böyüklüyündən danışmışdır.

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 |
 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!