24/08/2011
Bu gün Bakı Dövlət Universitetinin rektoru,millət vəkili, parlamentin Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri akademik Abel Məhərrəmov Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilən Gürsel İsmayılzadəni qəbul edib.
10/08/2011
Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov ABŞ səfirliyinin mətbuat müşaviri Kis Bin, Səfirliyin Təhsil və Mədəniyyət işləri üzrə müşaviri Kris Consu qəbul edib. Görüşdə ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri üzrə Bürosunun UQRAD və digər təhsil mübadilə proqramları ətrafında fikir mübadiləsi apırılıb.
10/08/2011
Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov ABŞ Ədliyyə Departamentinin Xaricdə Prokurorluğun İnkişafına Yardım Proqramının Avroasiya üzrə Regional direktoru, eyni zamanda, McGill universitetinin dosenti xanım Katerina Nyukamı qəbul edib. Məlum olub ki, qonaq Azərbaycanın hüquqşünas kadrlarını hazırlayan, zəngin ənənələrə malik təhsil ocağı olan Bakı Dövlət Universitetinin hüquq fakültəsi ilə tanış olmaq niyyətindədir.
22/07/2011
Rusiya Gənclər İctimai Palatasının (GİP) nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub. Qonaqlar ölkəmizə Rusiya Azərbaycan Gənclər Təşkilatının, şəxsən onun prezidenti Leyla Əliyevanın dəvəti ilə gəliblər.
13/07/2011
Bu gün Bakı Dövlət Universitetində Elmi Şuranın bu tədris ilində son iclası keçirilib. Rektor, akademik Abel Məhərrəmov çıxışında xalqımızın ümummilli lideri Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyindən, ulu öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən bəhs edib, dövlət başçısının təhsilin və elmin inkişafı ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətindən danışıb.
13/07/2011
Bu gün Bakı Dövlət Universitetində Kadrlar şöbəsinin təmir və yenidənqurma işlərindən sonra açılış mərasimi olub.Tədbirdə rektor akademik Abel Məhərrəmov, Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov, dekanlar, kafedra müdirləri iştirak ediblər.
13/07/2011
Bu gün Bakı Dövlət Universitetində Elmi Şuranın bu tədris ilində son iclası keçirilib. Rektor Abel Məhərrəmov il ərzində tədrisdə, elmdə qazanılmış uğurlardan bəhs edib. Bir çox məsələlərin müzakirə olunduğu iclasda tədris ilinin yekunları üzrə «İlin müəllimi, «İlin kafedra müdiri», «İlin dekanı» müsabiqələrinin qaliblərinə mükafatlar təqdim olunub.
12/07/2011
Bu gün Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmova medianın "Xüsusi rəğbət” mükafatı təqdim edilib. Mükafat Azərbaycan Milli Mətbuatının 136-cı ildönümü münasibətilə Modern.az portalı və Sosial İnformasiya Agentliyi tərəfindən təsis olunub.
08/07/2011
Bu gün Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq əlaqələr üzrə prorektoru Şəlalə Məmmədova İstanbul Universitetinin (SU) Jurnalistika fakültəsinin dekanı professor, Dr Aydemir Okayın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
06/07/2011
Bu gün BDU-nun rektoru Ukrayna Milli Elmlər Akademiyası Krım Şərqşünaslıq Universitetinin professoru Yuriy Koçubeyi, Taras Şevçenko adına Kiyev Milli Universitetinin professoru Vladimir Serhiçeki, “Kiyev-Mohila Akademiyası” Milli Universitetinin maliyyə və iqtisadiyyat işləri üzrə vitse-prezidenti Lyudmila Dançenkonu, Ukrayna İctimai Televiziyasının redaktoru Kristina Stebelskanı, Kiyev Milli Aviasiya Universitetinin professoru Arif Quliyevi və “Kiyev-Mohila Akademiyası” Milli Universitetinin müəllimi Fərhad Turanlını qəbul edib.
05/07/2011
Bu günlərdə Bakı Dövlət Universitetdə Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının dosenti Fikrət Əlizadənin 60 illik yubileyi münasibətilə «Qəlbdən qopan səslər» adlı konsert keçirilib.
04/07/2011
Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyə Cümhuriyyətinin Giresun Universitetinin rektor əvəzi professor, doktor Aygün Attarı qəbul edib. Görüşdə əsasən Bakı Dövlət Universiteti ilə Giresun Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə edilib. Qərara alınıb ki, ali təhsil ocaqları gələcəkdə birgə konfrans və simpoziumlar təşkil etsin, qrant və proqramlar üzərində işləsinlər.
01/07/2011
Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov ölkəmizdə rəsmi səfərdə olan Qazaxıstanın Təhsil Naziri Bakıdjan Jumaqulovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. BDU haqqında ətraflı məlumat verən akademik Abel Məhərrəmov universitetin yaranma və inkişaf tarixindən, beynəlxalq əlaqələrindən bəhs edib.
30/06/2011
İyunun 29-da Bakı Dövlət Universitetində məzun günü keçirilib. Universitetin əsas binasının qarşısında baş tutan tədbiri rektor, akademik Abel Məhərrəmov açaraq məzun adını qazanmış bütün tələbələri təbrik edib. Prezident İlham Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini vurğulayan rektor dövlət başçısının bu sahələrin inkişafı ilə bağlı imzaladığı sərəncamların əhəmiyyətindən danışıb, ümummilli lider Heydər Əliyevin BDU-nun məzunu olduğunu isə xüsusilə qeyd edib.
30/06/2011
Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil müşaviri Halis Koyuncuoğlu ilə görüşüb. Görüşdə məlum olub ki, müşavirin diplomatik missiyası başa çatır və yaxın günlərdə Azərbaycanı tərk edəcək.
29/06/2011
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin qiyabi şöbəsinin II kurs tələbəsi və Şəki İnzibati-İqtisadi Məhkəməsində hakim köməkçisi İ.İ.İmanlı Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmova təşəkkür məktubu ünvanlayıb.
29/06/2011
Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov V.N.Karazin adına Xarkov Milli Universitetinin (Ukrayna) birinci prorektoru, professor Vladimir Aleksandrovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Universitet haqqında qonaqlaraətraflı məlumat verən rektor Abel Məhərrəmov əsasən onun beynəlxalq əlaqələrindən danışıb.
29/06/2011
Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov kimya fakültəsinin 1971-ci il məzunları ilə görüşüb. 40 illik ayrılıqdan sonra doğma universitetdə bir araya gələn məzunlar tələbəlik illəri ilə bağlı unudulmaz xatirələrini bölüşüb, keçmiş günləri xatırlayıblar.
29/06/2011
Bu gün saat 18.00-da Bakı Dövlət Universitetində məzun günü keçiriləcək. Tədbirdə respublikanın ali struktur rəhbərləri, tanınmış ziyalılar iştirak edəcəklər. Universitetin 17 fakültəsinin hər birindən fərqlənmə diplomuna layiq görülən 2 nəfərə, ümumilikdə 34 nəfər məzuna diplom təqdim ediləcək.
24/06/2011
Rektor, akademik Abel Məhərrəmov Türkiyənin Orta Doğu Texniki Universitetinin rektoru, professor Əhməd Açarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. BDU haqqında ətraflı məlumat verən akademik Abel Məhərrəmov universitetin yaranma və inkişaf tarixindən, onun beynəlxalq əlaqələrindən danışıb. Rektor Türkiyənin ali təhsil ocaqları ilə əməkdaşlıqdan, birgə proqram və layihələrdən, tələbə-müəllim mübadiləsinin mümkünlüyündən bəhs edib.
Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir
BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə mühüm nailiyyətlərə imza atib
Məzun günümüz...
BDU-nun zahiri gözəlliyindən...
Yay sessiyası başladı!