Milli Məclisdə ulu öndər Heydər Əliyevin 85 illiyinə həsr olunmuş yubiley iclası keçirilmişdir

07/05/2008

Mayın 6-da Milli Məclisdə ümummilli lider Heydər Əliyevin 85 illik yübileyi ilə əlaqədar geniş iclas keçirildi. Parlamentin Sədri Oqtay Əsədov iclası açaraq ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan, xalqımız üçün gördüyü böyük işlərdən danışdı. "Tariximizin son yarım əsrdən artıq bir dövrü Heydər Əliyevin parlaq fəaliyyəti ilə bağlıdır. Yalnız onun sayəsində xalqımız əvvəlcə siyasi və dövlət müstəqilliyinin möhkəm təməlini yaratmış, daha sonra isə bu təməl üzərində qurulan müstəqil dövlətini qoruyub saxlaya bilmişdir.

Görkəmli ədib, alim və pedaqoq Mir Cəlal Paşayevin barelyefinin açılışı olmuşdur

27/04/2008


Aprelin 26-da Bakı Dövlət Universitetində Azərbaycan ədəbiyyatının və elminin inkişafında böyük xidmətləri olan görkəmli yazıçı, alim və pedaqoq, professor Mir Cəlal Paşayevin vaxtilə rəhbərlik etdiyi Azərbaycan ədəbiyyatı tarixi kafedrasının önündə barelyefinin açılışı olmuşdur. Mərasimdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Mir Cəlal Paşayevin geniş elmi və pedaqoji fəaliyyətindən, zəngin ədəbi irsinin əhəmiyyətindən, şəxsiyyətinin böyüklüyündən danışmışdır.

Böyük yazıçı və alim, görkəmli pedaqoq Mir Cəlal Paşayevin 100 illik yubileyinə həsr olunmuş elmi konfrans

26/04/2008

Aprelin 25-də Bakı Dövlət Universitetində (BDU) Azərbaycan ədəbiyyatının və elminin inkişafına əvəzsiz töhfələr vermiş böyük ədib və alim, görkəmli pedaqoq, ictimai xadim, professor Mir Cəlal Paşayevin 100 illik yubileyinə həsr olunmuş ikigünlük elmi konfrans öz işinə başlamışdır. Akademik A.Məhərrəmov, eyni zamanda, elmi konfransda 100-dən artıq məruzənin dinləniləcəyini söyləmişdir.

Böyük yazıçı və alim, görkəmli pedaqoq Mir Cəlal Paşayevin 100 illik yubileyinə həsr olunmuş elmi konfrans

26/04/2008

Aprelin 25-də Bakı Dövlət Universitetində (BDU) Azərbaycan ədəbiyyatının və elminin inkişafına əvəzsiz töhfələr vermiş böyük ədib və alim, görkəmli pedaqoq, ictimai xadim, professor Mir Cəlal Paşayevin 100 illik yubileyinə həsr olunmuş ikigünlük elmi konfrans öz işinə başlamışdır. Görkəmli yazıçı və alimin zəngin ədəbi və elmi yaradıcılığından bəhs edən rektor, 40 ildən artıq bir dövrdə BDU-da çalışdığını bildirmişdir.

Tempus Proqramının 10 illiyi münasibətilə konfrans keçirilib

19/03/2008

Martın 18-də Təhsil Nazirliyi Avropa Komissiyasının Təhsil və Mədəniyyət üzrə Baş direktorluğu ilə birlikdə Bakı Dövlət Universitetində (BDU) Tempus Proqramının 10 illiyi münasibətilə  "Tempus günü " mövzusunda konfrans keçirmişdir. Ayrı-ayrı qurumların, o cümlədən ali təhsil müəssisələri nümayəndələrinin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov və təhsil nazirinin müavini Elmar Qasımov ölkə Prezidenti İlham Əliyevin Azərbaycanda təhsilin inkişafına daim böyük əhəmiyyət verdiyini vurğulamışlar.

BDU-da universitetimizin sabiq rektoru, Əməkdar elm xadimi Mehdi Əliyevin 100 illiyi keçirildi

14/11/2007

Elm, təhsil işçilərinin, universitetin professor-müəllim və tələbə kollektivinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan BDU-nun rektoru, millət vəkili, akademik Abel Məhərrəmov Mehdi müəllimin əziz xatirəsini anaraq, gələn qonaqları salamladı. Adlarını əməlləri, fəaliyyətləri ilə xalqımızın tarixinə yazmış insanların yubileylərinin universitetimizdə həmişə qeyd olunduğunu söyləyən rektor A.Məhərrəmov Mehdi müəllimin xalq qarşısındakı xidmətlərindən danışdı.

Dünya şöhrətli riyaziyyatçı Əşrəf Hüseynovun 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi

26/10/2007

25 oktyabr 2007-ci il tarixdə Bakı Dövlət Universitetinin (BDU) böyük akt zalında dünya şöhrətli riyaziyyatçı, Əməkdar elm xadimi, Əməkdar müəllim, akademik Əşrəf Hüseynovun 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi. A.Məhərrəmov universitetdə Əşrəf Hüseynov təqaüdünün təsis ediləcəyini, həmçinin alimin barelyefinin hazırlanmasının planlaşdırıldığını da vurğuladı.

“XOŞ MƏRAMLAR ELÇİSİ” MULTİMEDİA DİSKİ TƏQDİM EDİLMİŞDİR

11/10/2007

Oktyabrın 10-da Bakı Əyləncə Mərkəzində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın geniş ictimai-siyasi fəaliyyətindən bəhs edən “Xoş məramlar elçisi” adlı multimedia diskinin təqdimat mərasimi keçirilmişdir. Diski “Səs” qəzetinin sifarişi ilə “Stimul” MMC hazırlamışdır.

Ali təhsildə islahata dair seminar keçirildi

03/10/2007

2-3 oktyabr 2007-ci il tarixdə Bakıdakı Park İnn otelində Azərbaycan Respublikasının Təhsil Nazirliyi Dünya Bankı ilə birgə ali təhsil islahatı üzrə seminar keçirdi. Seminarın işində Azərbaycan Respublikası Prezidentinin İcra Aparatından, Maliyyə, İqtisadi İnkişaf nazirliklərindən və digər dövlət qurumlarından, Dünya Bankından, qeyri-hökumət təşkilatlarından nümayəndələr, ali məktəblərin rektorları, KİV əməkdaşları iştirak edirdilər.

Bu il Bakı Dövlət Universitetini 4500-dək tələbə bitirib

06/07/2007

İyunun 29-da Bakı Dövlət Universitetində (BDU) 2006-2007-ci tədris ilinin məzunları ilə görüş olmuşdur. BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov xalqımızın dahi oğlu, ulu öndərimiz Heydər Əliyevin BDU-nun məzunu olduğunu böyük qürur hissi ilə vurğulayaraq, bu ali məktəbdə təhsil almağın şərəfli olduğunu söyləmişdir.

Avropa Birliyinin dəstəyi ilə BDU-da yeni mərkəz yaradılıb

08/05/2007

Bakı Dövlət Universitetində (BDU) Avropa Birliyinin dəstəyi ilə Azərbaycan Elmi-Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyası, BDU və Almaniyanın IMC şirkəti tərəfindən birgə həyata keçirilən  "Cənubi Qafqazda e-Cəmiyyətlərin İnkişafı " layihəsi çərçivəsində  "Elektron Tədris Mərkəzi " yaradılmışdır. Digər natiqlər də mərkəzin təşkilində xidməti olanlara təşəkkürlərini bildirmiş, müəllim və tələbələrə təhsildə yeni nailiyyətlər arzulamışlar.
Sonra iştirakçılar mərkəzlə tanış olmuşlar.

Bakı Dövlət Universitetində Heydər Əliyev Fondunun hədiyyə etdiyi kitabların sərgisi keçirilmişdir

01/05/2007

Aprelin 30-da Bakı Dövlət Universitetində (BDU) Heydər Əliyev Fondu tərəfindən alınmış və BDU-ya hədiyyə edilmiş kitabların sərgisi təşkil olunmuşdur. Bu münasibətlə təşkil olunmuş tədbirdə universitetin rektoru, akademik, Milli Məclisin deputatı Abel Məhərrəmov bildirmişdir ki, elm və təhsilimizin inkişafında və onun dünyaya inteqrasiyasında Heydər Əliyev Fondunun xüsusi rolu vardır.

Azərbaycanın müstəqil diplomatiya tarixinə dəyərli töhfə

03/11/2006

Noyabrın 2-də Bakı Dövlət Universitetində xarici işlər nazirinin müavini və Diplomatik Akademiyanın rektoru, Azərbaycan Respublikasının ABŞ-da ilk səfiri olmuş diplomat Hafiz Paşayevin  "Yüksəkliyə doğru " kitabının təqdimat mərasimi keçirilmişdir. Mərasimdə universitetin professor-müəllim heyəti və tələbələri ilə birlikdə, komitə sədrləri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, qeyri-hökumət təşkilatlarının, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.

Heydər Əliyev – BDU-nun seçimi yalnız belədir

24/08/2003

BDU-da prezident seçkilərinə həsr olunmuş toplantı keçirildi. Dünən bülə tədbirlərdən biri Bakı Dövlət Universitetində keçirildi. Universitetin rektoru Abel Məhərrəmov respublikanın bütün idarə və müəssisələrində olduğu kimi, BDU-da da qarşıdan gələn prezident seçkiləri ilə bağlı təşkil olunmuş bu tədbirin əhəmiyyətindən danışdı. “BDU Azərbaycan dövlətinin barometridir.

Bizim Universitetimizə xoş gəlmisiniz!

04/06/2002

Bizim Universiteti seçməklə siz gələcəkdə sərbəst düşüncəli, geniş dünyagörüşlü və ən əsası, dərin intellektli mükəmməl şəxsiyyət olacağınıza əmin ola bilərsiniz.  Əgər siz yaxşı tədqiqatçı-mütəxəssis kimi tanınmaq istəyirsinizsə, bu istiqamətdə sizə ən dəyərli yardımçı Universitetimizi tövsiyə edirik.

Azərbaycan dövlətinin elmə qayğısı

14/12/2000

Bu amil EKO zirvəsində mükafat qazanmamıza səbəb oldu. Dünən M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin rektoru, professor Abel Məhərrəmov mətbuat konfransı keçirdi. Azərbaycan prezidenti Heydər Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində İqtisadi Əməkdaşlıq Təşkilatının VI zirvə görüşündə iştirak edən rektor 15 ildir fəaliyyət göstərən təşkilat haqqında məlumat verdi.

Professor Abuzər Xələfovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

01/01/1970

BDU-da BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti, Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Abuzər Xələfovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib






«2015-Çin Yeni iliniz mübarək»

01/01/1970

Bakı Dövlət Universitetində“2015-Çin Yeni iliniz mübarək” adlı tədbir keçirilib




BDU-nun “SABAH” qrup tələbələri Respublika elmi konfransında

01/01/1970

BDU-nun “SABAH” qrup tələbələri Respublika elmi konfransında






BDU-da festival qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

01/01/1970

BDU-da Türk Dünyası sənədli filmlər festivalının Azərbaycandan olan qaliblərinin mükafatlandırılma mərasimi keçirilib






1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 |
 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!