Akademik Abel Məhərrəmov bilik yarışının qalibləriylə görüş keçirib

07/05/2010

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə məktəblilər arasında təşkil olunan inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması  mərasimi keçirilib. Tədbir  Yeni Azərbaycan Partiyası, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar  İttifaqları Konfederasiyası, Rabitə və İnformasiya Texnologiyaları  Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Təhsil naziri Misir Mərdanov  bildirib ki, yarışmaya 600 mindən çox şagird qatılıb.

Qələbənin 65-ci ildönümünə həsr edilmiş konfrans keçirilib

05/05/2010

Mayın 5-də Bakı Dövlət Universitetində 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 65-ci ildönümünə həsr edilmiş elmi-praktiki konfrans keçirilib. Rektor, millət vəkili, akademik Abel Məhərrəmov Böyük Vətən müharibəsinin bəşəriyyətə ağır bəlalar gətirdiyini, bir çox xalqlara, o cümlədən Azərbaycan xalqına ağır zərbələr vurduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. Tədbirdə YAP sədrinin müavini – icra katibi Əli Əhmədov, YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov və digər şəxslər iştirak ediblər.

Heydər Əliyev məktəbinin növbəti məşğələsi keçirilib

05/05/2010

Mayın 5-də Bakı Dövlət Universitetində Heydər Əliyev məktəbinin ulu öndərin 87-ci ildönümünə həsr olunmuş növbəti məşğələsi keçirilib. Tədbiri açan rektor, akademik Abel Məhərrəmov ümummilli lider, qüdrətli şəxsiyyət Heydər Əliyevin tarixi xidmətlərindən danışıb, ulu öndərin ölkə həyatında - siyasətində, iqtisadiyyatında, elm və təhsilində, digər sahələrdə həyata keçirdiyi islahatlardan, möhtəşəm layihələrdən bəhs edib, qüdrətli Azərbaycanın bütün nailiyyətlərinin bu böyük şəxsiyyətin adı ilə bağlı olduğunu vurğulayıb.

44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının yekun turu BDU-da keçirildi

02/05/2010

Mayın 1-də BDU-nun kimya fakültəsində 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının yekun eksperimental turu keçirilib. Olimpiadaya Azərbaycan da daxil olmaqla 14 ölkədən: MDB dövlətləri, həmçinin Makedoniya, Bolqarıstan və Rumıniyadan 9-11-ci sinif şagirdləri qatılmışdılar. Olimpiadanın 2 nəzəri turundan sonra təcrübi mərhələ - iştirakçıların qruplara bölünməsi və lazımi laboratoriyalara aparılması işə başlayıb. Öncə hər bir olimpiada iştirakçısına təcrübi işi yerinə yetirmək üçün 4 saat vaxtın olduğu xatırladılıb və ayrıca tapşırıq verilərək, xüsusi ehtiyatla davranmağı tələb edən preparatlar təqdim edilib.

BDU-da beynəlxalq elmi-praktik konfrans öz işinə başladı

29/04/2010

Aprelin 29-da Bakı Dövlət Universitetinin və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş «Hüquq elminin müasir problemləri» mövzusunda 2-ci beynəlxalq elmi-praktik konfrans keçirilib. 10-dan çox dövlətin 200-ə yaxın nümayəndəsinin iştirakı ilə başlayan konfrans iştirakçıları öncə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Dəyirmi masa keçirildi

20/04/2010

Aprelin 20-də Bakı Dövlət Universitetinin Mətbuat və Informasiya şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə «Erməni saxtakarlığı və vandalizmi» Azərbaycan jurnalistləri bu barədə nə düşünür?» mövzusunda dəyirmi masa keçirilib.Rektor dəyirmi masada iştirak edən deputat həmkarlarını, qəzet baş redaktorlarını bu məsələdə daha aktiv olmağa, ümummilli məsələ olan erməni vandalizmini daim gündəmdə saxlamağa çağırıb.

Futbol çempionatına start verildi

17/04/2010

Aprelin 17-də Bakı Dövlət Universitetinin futbol meydançasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə universitetin 16 fakültəsi, eyni zamanda  MDU-nun Bakı filialının tələbələri arasında futbol yarışının təntənəli açılış mərasimi keçirilib.Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov son illərdə ölkəmizdə idmana göstərilən xüsusi dövlət qayğısından danışıb.

Şulan Şirəliyevin 75 illik yubileyi qeyd edilib

13/04/2010

Aprelin 9-da Şərqşünaslıq fakültəsində fakültənin İran filologiyası kafedrasının professoru Şulan Şirəliyevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.Fakültə əməkdaşlarının, çoxsaylı qonaqların, alimin yetirmələrinin də iştirak etdiyi tədbiri rektor, akademik Abel Məhərrəmov açıb. Akademik Abel Məhərrəmov sonda bir məsələyə də toxunub: «Baxmayaraq ki, bu gün Şulan müəllimin 75 illik yubileyini qeyd edirik, amma ona bu yaşı vermək qeyri-mümkündür.

BDU 17-ci VİS Beynəlxalq Kommersiya Arbitrajı Müsabiqəsində təmsil olunub

12/04/2010

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının müəllimi Ruslan Mirzəyev tədris etdiyi Kommersiya hüququ magistr proqramındakı magistrantlar – Simuzər Feyzullayeva və Leyla Səfərova ilə birlikdə 17-ci VİS Beynəlxalq Kommersiya Arbitrajı Müsabiqəsində iştirak ediblər. Ruslan Mirzəyev öncə Bakı Dövlət Universitetini adıçəkilən mötəbər Müsabiqədə iştirak üçün qeydiyyatdan keçirib və hazırlaşdırdığı tələbələri ilə birlikdə 25 mart - 2 aprel tarixlərində müsabiqənin keçirildiyi Vyana şəhərində olub.

İnsan alverinə qarşı mübarizə

05/04/2010

Aprelin 5-də Bakı Dövlət Universitetində «İnsan alverinin mahiyyəti, doğurduğu təhlükələr və onunla mübarizə» mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Humanitar məsələlər üzrə prorektor, professor Vaqif İbrahimov açaraq cəmiyyətimiz üçün xoşagəlməz problem olan insan alveri və onun törətdiyi fəsadlardan bəhs edib.

Akademik Abdulla Qarayevin 100 illik yubileyi qeyd edildi

02/04/2010

Aprelin 2-də Bakı Dövlət Universitetində görkəmli alim və ictimai xadim, Bakı Dövlət Universitetinin sabiq rektoru, əməkdar elm xadimi, akademik Abdulla Qarayevin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Akademik Abel Məhərrəmov, Xarici İşlər naziri Elmar Məmmədyarov, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Abdulla Qarayevin ailə üzvləri ilk öncə alimin uzun illər çalışdığı kafedranın önündə barelyefinin, sonra isə akademikin adını daşıyan auditoriyanın açılışında iştirak ediblər.

Tariximizin və taleyimizin hüznlü günü

31/03/2010

31 Mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbir keçirilib. Rektor, akademik Abel Məhərrəmov tədbiri açaraq ermənilərin xalqımıza qarşı törətdiyi ən qanlı cinayətlərdən olan 1918-ci il 31 mart soyqırımından danışıb. Akademik bildirib ki, Azərbaycan torpaqları hesabına dövlət quran ermənilər tarixin bütün mərhələlərində xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməlləri ilə yadda qalıblar. «Məzlum xalq» adı altında gizlənən ermənilər nəinki Qafqazda və Azərbaycanda, dünyanın əksər ölkələrində ən qanlı hadisələrə, terrora, qırğınlara imza atıblar.

Novruz bayramı qeyd edildi

19/03/2010

Martın 19-da Bakı Dövlət Universitetinin yeməkxanasında Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Novruz şənliyi keçirildi. Mərasimi giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov bu əziz bayram münasibətilə tədbir iştirakçılarını və xalqımızı təbrik etdi. Bahar bayramının tarixi əhəmiyyətindən bəhs edən rektor bu bayramı həm də birlik, həmrəylik, qardaşlıq rəmzi kimi xarakterizə etdi: «Bu əlamətdar bayramı hamımız bir yerdə qeyd edirik. Hərənin qəlbində öz arzu-diləyi var.

BDU Elmi Şuranın növbəti iclası keçirildi

18/03/2010

Martın 18-də BDU Elmi Şurasının növbəti iclası keçirildi. AMEA-nın Rəyasət Heyətinin, elmi şura üzvlərinin, tanınmış alimlərin iştirak etdiyi və 2009-cu ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş iclası universitetin rektoru, millət vəkili, akademik Abel Məhərrəmov açdı. Mayıl Əliyev həmçinin universitetdaxili 50+50 qrant proqramından, 32 beynəlxalq və respublikadaxili qrant proqramında iştirakdan da bəhs etdi.

Şahmat turnirinin açılışı oldu

13/03/2010

Martın 12-də Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin  anadan olmasının 87-ci ildönümünə həsr olunmuş şahmat turnirinin açılış mərasimi oldu.  Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Fikrət Şiriyev rektor, akademik Abel Məhərrəmovu və mərasimə dəvət olunmuş qonaqları - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, görkəmli şahmatçı, beynəlxalq qrossmeystr Aynur Sofiyevanı, Azərbaycan Şahmat Federasiyasının icraçı direktoru, beynəlxalq dərəcəli hakim Namiq İsmayılovu, o cümlədən tədbir iştirakçılarını salamladı.

BDU-da təlim kursunun müdavimlərinə sertifikatlar təqdim olundu

25/12/2009

Dekabrın 22-də Bakı Dövlət Universitetində BDU və Rusiya Elmlər Akademiyasının Rentgenstruktur Analiz Mərkəzi  arasında təsdiqlənmiş layihə çərçivəsində təşkil olunmuş təlim kursunun müdavimlərinə sertifikatların təqdim olunma mərasimi keçirildi. Tədbiri giriş sözü ilə BDU-nun rektoru Abel Məhərrəmov açaraq bildirdi ki, bu layihə Azərbaycanda kristal qrafiya elminin inkişafı üçün tarixi bir layihədir.

BDU-da Milli Tempus məlumat günü qeyd olundu

21/12/2009

18 Dekabr 2009-cu il tarixində Bakı Dövlət Universitetində (BDU) Milli TEMPUS məlumat Gününə həsr olunmuş beynəlxalq konfrans keçirildi. Konfransda Bakı Dövlət Universitetində keyfiyyətin təminatı ilə yanaşı, 2009-cu ildə TEMPUS IV proqramı üzrə təkliflərin nəticələri; 2009-cu ildə TEMPUS IV çərçivəsində təkliflərin verilməsinə dair dəvət; Azərbaycanda ən keyfiyyətli Tempus layihələri; “Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi” Proqramında Azərbaycan universitetləri üçün imkanlar və Azərbaycanda Tempus və Milli TEMPUS Ofisinin rolu müzakirə olundu.

Şirməmməd Hüseynovun 85 illik yubileyi qeyd edilib

18/12/2009

Dünən Azərbaycan mətbuatının ağsaqqalı, milli mətbuatımızın yorulmaz araşdırıcısı, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovun 85 yaşı tamam olub. Bu məqsədlə Bakı Dövlət Universitetində yığıncaq keçirilib. Tədbiri açıq elan edən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov yubiliyarı təbrik edərək, onun mətbuat tariximizdəki xidmətlərindən danışıb: “Azərbaycan jurnalistikasında yaşayaraq adını mətbuat tarixinə həkk edən professor Şirməmməd Hüseynovu elm, ziyalılıq, təhsil müstəvisində özümüzə nümunə bilirik.

BDU-da «Türkiyənin mədəniyyət günü» keçirildi

25/11/2009

Dünən Bakı Dövlət Universitetində Türkiyənin Bakıdakı səfirliyinin və universitetin təşəbbüsü ilə «Türkiyənin mədəniyyət günü» adlı tədbir keçirildi. Tədbir başlamazdan əvvəl müəllim və tələbələr salonda nümayiş etdirilən Türkiyə və Azərbaycan müəlliflərinin birgə ərsəyə gətirdikləri kitablarla tanış oldular. Sonra tədbirin rəsmi hissəsi başlandı. Toplantını giriş sözü ilə açan BDU-nun rektoru Abel Məhərrəmov tədbir iştirakçılarına minnətdarlığını bildirdi.

Bakı Dövlət Universitetində Beynəlxalq Tələbə Günü qeyd olunub

20/11/2009

Dünən Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq Tələbə Günü münasibətilə tədbir keçirilib.  Tədbirdə paytaxtın müxtəlif ali məktəblərində təhsil alan 500-ə yaxın tələbə, habelə professor-müəllim heyəti iştirak edib. BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, bu, həm tələbələr, həm də müəllimlər üçün tarixi bir gündür.

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 |
 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!