BDU-nun müsabiqədən keçmiş 3 magistri Moskva Fizika-Texniki İnstitutunda oxuyacaq

25/01/2011

Bakı Dövlət Universiteti ilə Moskva Fizika-Texniki Universiteti (MFTİ) arasında əməkdaşlıq barədə imzalanmış Anlaşma Memorandumuna əsasən ötən gün universitetin Kimya, Fizika və Geologiya fakültəsinin I və II kursunda təhsil alan 17 nəfər magistr təhsillərini adıçəkilən institutda davam etdirmək məqsədilə imtahan veriblər. İmtahan MFTİ-nin əməkdaşları Slobodyanin Valeriy Pavloviç və Nazar Ağaxanov Xangəldiyeviçin nəzarəti altında yazılı və şifahi şəkildə keçirilib. Riyaziyyat və fizikaya aid olan suallar ancaq məsələlərdən ibarət olub.

Magistrlər Moskva Fizika-Texniki İnstitutunda təhsil almaq üçün imtahan veriblər

24/01/2011

Bu gün Bakı Dövlət Universitetinin Kimya, Fizika və Geologiya fakültəsinin I və II kursunda təhsil alan 17 nəfər magistr BDU və Moskva Fizika-Texniki İnstitutu (MFTİ) arasında imzalanmış Anlaşma Memorandumuna əsasən MFTİ-də magistratura təhsillərini davam etdirmək üçün imtahan veriblər. İmtahan prosesini izləyən rektor, akademik Abel Məhərrəmov tələbələrlə söhbət edib, suallarla maraqlanıb, onların hər birinə uğurlar arzulayıb.İmtahan MFTİ-nin əməkdaşları Slobodyanin Valeriy Pavloviç və Nazar Agaxanov Xangəldiyeviçin nəzarəti altında yazılı və şifahi şəkildə keçirilib.

BDU-da 20 yanvar şəhidləri anıldı

20/01/2011

Bu gün Bakı Dövlət Universitetində 20 yanvar şəhidlərinə həsr olunmuş anım mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov deyib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Kimyaçı qadınlar BDU-da dəyirmi masa keçirdilər

18/01/2011


Bu gün Bakı Dövlət Universitetində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə «Azərbaycan Kimyaçı qadınları «Beynəlxalq Kimya ili»ndə: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov YUNESKO tərəfindən 2011-ci ilin «Kimya ili» elan edilməsinin əhəmiyyətindən danışıb. Dəyirmi masada iştirak edən kimyaçıların bu sahənin inkişafı istiqamətində gördüyü işlərə diqqət çəkən rektor, qadınların ictimai-siyasi, elmi və digər sahələrdə oynadıqları xüsusi rola diqqət çəkib.

ANLAŞMA MEMORANDUMU İMZALANDI

18/01/2011

Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov Ankara Universitetinin rektoru, professor, doktor Cemal Taluğun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.Akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetinin Türkiyənin ali təhsil ocaqları ilə əməkdaşlığa xüsusi əhəmiyyət verməsindən, universitetlərin daha sıx və səmərəli fəaliyyət göstərmələri üçün birgə proqram və layihələrdən bəhs edib. Rektor Bakı Dövlət və Ankara Universitetləri arasında ikili diplomlar, tələbə-müəllim mübadiləsi və s. haqqında da danışıb.

Avropa Komissiyasının Prezidenti BDU-nun fəxri doktoru oldu

14/01/2011

Bu gün Bakı Dövlət Universitetində Avropa Komissiyasının Prezidenti Manuel Barrozoya universitetin fəxri doktoru adının verilməsi münasibətilə tədbir keçirilib.Çıxış edən rektor, akademik Abel Məhərrəmov qonaq haqqında ətraflı məlumat verdikdən sonra ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığına toxunub. Akademik Abel Məhərrəmov bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrə həmişə xüsusi diqqət yetirirdi.

 

Böyük Elmi Şurasının iclası keçirilmişdir

13/01/2011

Bu gün Böyük Elmi Şuranın iclası keçirilmişdir.Rektor, akademik Abel Məhərrəmov çıxış edərək gündəliyi elan etmişdir. Məlum olmuşdur ki, ölkəmizdə səfərdə olan Avropa Komissiyasının Prezidenti Manuel Barrozuya universitetinin «Fəxri doktoru» adının verilməsi nəzərdə tutulmuşdur. Böyük Elmi Şura Avropa Komissiyasının Prezidenti Manuel Barrozuya BDU-nun fəxri doktoru adının verilməsini qərara almışdır.

Bakı Dövlət Universiteti “Gənclərin dostu” oldu

10/01/2011

"Gənc Liderlər" Uşaq və Gənclər Təşkilatı 2010-cu ilin yekunlarına  görə “Gənclərin dostu” nominasiyasının qaliblərini müəyyənləşdirib. Qeyd edək ki, nominasiyalar elm və təhsil sahəsində xidmət, mədəniyyət və incəsənət sahəsində fəaliyyət, gənclərin işlə təmin olunmasında göstərdiyi dəstək, idman sahəsində fəaliyyət, gənclərin layihələrinin reallaşmasında dəstək, vətənpəvərlik ruhunun və milli mənəvi dəyərlərin aşılanması, gənclərin intellektual səviyyəsinin artırılması, gənclərin xaricdə təhsil proqramlarında iştirakı, ətraf mühitin mühafizəsi və ekologiyanın qorunması və başqa istiqamətlər üzrə seçilib.

Akademik Abel Məhərrəmov Coğrafiya, Tarix, Mexanika-Riyaziyyat, Tətbiqi Riyaziyyat və Kibernetika fakültələrində olub

08/01/2011

Bu gün rektor, akademik Abel Məhərrəmov Coğrafiya, Tarix, Mexanika-Riyaziyyat, Tətbiqi Riyaziyyat və Kibernetika fakültələrində olub, imtahan prosesini izləyib.Mexanika-riyaziyyat fakültəsinin Variasiya hesabı, Riyazi analiz, EHM və proqramlaşdırma fənlərindən imtahan verən I kurs tələbələri ilə söhbət edən rektor, suallarla maraqlanıb, mühazirə mənti ilə uyğunluq təşkil edib-etməməsini soruşub.

 

Rektor Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər, Hüquq, Filologiya fakültələrində imtahan prosesini izləyib

07/01/2011

Xəbər verdiyimiz kimi, rektor, akademik Abel Məhərrəmovun imzaladığı əmrə əsasən, dünəndən universitetinin əyani şöbəsində qış imtahan sessiyası başlayıb. Yanvarın 31-də başa çatacaq imtahanlar 3 növbəli olacaq və bütün fakültələr üzrə elektron və alternativ test, o cümlədən monitorinq üsulu ilə həyata keçiriləcək.

 

BDU-da qış imtahan sessiyası başlayıb

06/01/2011

Rektor, akademik Abel Məhərrəmovun imzaladığı əmrə əsasən, bu gün Bakı Dövlət Universitetinin əyani şöbəsində qış imtahan sessiyası başlayıb. Yanvarın 31-də başa çatacaq imtahanlar 3 növbəli olacaq və bütün fakültələr üzrə elektron və alternativ test, o cümlədən monitorinq üsulu ilə həyata keçiriləcək.

“Gənc istedadlar” liseyinin Həmrəylik Günü və Yeni ilə həsr olunmuş bayram tədbiri keçirilib

31/12/2010

Bu gün Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş bayram tədbiri keçirilib.Liseyin şagirdləri dövlət himnini səsləndirdikdən sonra, tədbiri  açıq elan etmək üçün söz BDU-nun rektoru, akademik Abel Məhərrəmova verilib.

 

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarına həsr edilmiş tədbir keçirilib

31/12/2010


Bu gün Bakı Dövlət Universitetində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə tədbir keçirilib.Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən danışıb, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiyini bildirib.

 

Elmi Şuranın növbəti iclası keçirilib

28/12/2010

Bu gün Bakı Dövlət Universitetində Böyük Elmi Şuranın növbəti iclası keçirilib.2010-cu ilin universitet üçün də uğurlu olduğunu deyən rektor, akademik Abel Məhərrəmov universitetdə yeni elmi strukturların yaranmasından, tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində bir neçə qurum fəaliyyətə başlamasından, eyni zamanda, beynəlxalq əlaqələrin daha da genişləndirilməsi sahəsində çox ciddi işlərin görülməsindən danışıb.

REKTOR TƏLƏBƏLƏRİ TƏBRİK EDİB

28/12/2010

Bu gün Bakı Dövlət Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə tədbir keçirilib. Rektor, akademik Abel Məhərrəmov tələbə və müəllim heyətini təbrik edib, onlara yeni nailiyyətlər arzulayıb. 2010-cu il ərzində Universitetin fəaliyyətindən danışıb.

 

Yəhya Məmmədovun 80 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

27/12/2010

Dünən Bakı Dövlət Universitetində görkəmli alim və ictimai xadim, AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Yəhya Məmmədovun 80 illik yubileyinə həsr olunmuş “Riyaziyyat və mexanikanın aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Milli Məclisin deputatları, ali məktəblərin rektorları, tanınmış elm adamları və tələbələr iştirak edirdilər.

Tələbə Həmkarlar İttifaqı Komitəsi Nə? Harada? Nə zaman? Intellektual oyunu üzrə yarışma keçirib

25/12/2010

Tələbə Həmkar İttifaqı Komitəsi tələbələr arasında elmə, təhsilə marağın artırılması, onların dünyagörüşünün inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər silsiləsinin ardı olaraq böyük bir tədbirə imza atıb. Beləki bu gün Tələbə Həmkarlar İttifaqı Komitəsi 400-ə yaxın gəncin birləşdiyi 50 komandanın iştirakı ilə Nə? Harada? Nə zaman? Intellektual oyunu üzrə yarışma keçirib.

Abel Məhərrəmov “Ekologiyanın dostu” milli mükafatına layiq görülüb

25/12/2010

Dekabrın 23-də «EKO-2010» Gənclər Koalisiyasının təşkil etdiyi «Ekologiyanın dostları» və «Ekologiyanın düşmənləri» milli mükafatlarının təqdimat mərasimi keçirilib. BDU-nun rektoru, akademik Abel Məhərrəmov “Ekologiyanın dostu” milli mükafatına layiq görülənlər sırasında olub və «Təhsil sahəsində ekoloji maarifləndirmə işinə görə” təltif edib.

Bakı Dövlət Universitetində “İLİN ƏN YAXŞI TƏLƏBƏSİ” müsabiqəsinin qalibləri mükafatlandırılıb

25/12/2010

Bu gün BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tələbələr arasında tədris göstəriciləri, nümunəvi nizam-intizam, universitetin ictimai həyatında fəallığı ilə fərqlənən, yoldaşları arasında xüsusi nüfuza malik olan tələbələrin müəyyən edilməsi məqsədi ilə “İlin ən yaxşı tələbəsi” adlı seçki müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimini keçirib. Mərasimi açıq elan etmək üçün söz Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmova verilib.

“Orta Ümumtəhsil məktəblərində fənlərin tədrisinin ekoloji aspektləri” mövzusunda elmi-praktik konfrans keçirilib

24/12/2010


Dekabrın 23-də Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc İstedadlar” liseyində “Orta Ümumtəhsil məktəblərində fənlərin tədrisinin ekoloji aspektləri” mövzusunda elmi-praktik konfrans öz işinə başlayıb. Liseyin şagirdləri dövlət himnini səsləndirdikdən sonra, konfransı açıq elan etmək üçün söz BDU-nun rektoru, akademik Abel Məhərrəmova verilib. İştirakçıları salamlayan rektor konfransın işinə uğurlar arzu edib.

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 |
 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!