BDU-da Nano Araşdırmalar Laboratoriyası açılıb

11/10/2011

Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun “Dünyanı dəyişdirən müasir texnologiyalar” mövzusunda Bakı Dövlət Universitetində keçirilən seksiya iclaslarında Nano Araşdırmalar Laboratoriyasının açılışı olub.

 

 

Nobel mükafatı laureatına BDU-nun fəxri doktoru adı verilib

10/10/2011

Bu gün Bakı Dövlət Universitetində ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun kimya və fizika üzrə professoru, dünya şöhrətli alim, kimya üzrə Nobel mükafatı Laureatı, ABŞ prezidenti Barak Obamanın məsləhətçisi, ABŞ-ın Yaxın və Orta Şərqdə Elm müşaviri Əhməd Həsən Zevayla universitetin fəxri doktoru adının verilməsi münasibətilə tədbir keçirilib.


Bundestaq üzvləri BDU-da

07/10/2011

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov  Alman Bundestaqının “Beynəlxalq Parlament Təqaüdü (İPS)” proqramı üçün iştirakçıları seçmək məqsədilə Bakıda səfərdə olan Almaniya parlamentinin üzvü Şteffen-Klaudio Lemmenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

 

Rektorun birinci kurslarla görüşü davam edir

07/10/2011

Bu gün rektor, akademik Abel Məhərrəmov Sosial Elmlər və psixologiya, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin birinci kurs tələbələri ilə görüş keçirib.

 

 

BDU-da BİRİNCİ KOREYA DİLİ MÜSABİQƏSİ KEÇİRİLİB

07/10/2011

Bu gün BDU-da universitetin və Azərbaycan Dillər Universitetinin tələbələrinin iştirak etdiyi Birinci koreya dili müsabiqəsi keçirilib.  Çıxış edən Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li Ci Ha Azərbaycanda koreya dilinə maragın artdığını, bu dilinin ölkənin bir sıra universitetlərində tədris olunduğunu bildirib.

 

 

BDU-da almaniyalı qonaqlarla görüş keçirilib

06/10/2011

Bakı Dövlət Universitetinin tarix fakültəsində Almaniyanın Vilhelm və Aleksandr adına Humdold Universitetinin eyni fakültəsindən gələn tələbələrlə görüş keçirilib. Azərbaycanın yeni və müasir tarixi kafedrasının müdiri Azad Rzayev qonaqlara universitet haqqında məlumat verib. Bildirib ki, Bakı Dövlət Universiteti beynəlxalq əlaqələrə böyük önəm verir və beynəlxalq arenada nüfuzunu artırmaq üçün belə görüşlərin tez-tez keçirilməsinin tərəfdarıdır.  \

 

Tomson Reyters BDU-da treninq keçirib

06/10/2011

Bu gün Bakı Dövlət Universitetində Tomson Reyters (Thomson Reuters) Agentliyi onun tərərfindən hazırlanmış WEB KHOWLEDCE proqramından istifadə üzrə treninq keçirib. Tədbiri Tomson Reyters Agentliyin Mərkəzi və Şərqi Avropa üzrə ölkə meneceri Metin Tunc keçirib.

 

 

Rektor daha 3 fakültənin birincilərini qəbul etdi

06/10/2011

Bu gün rektor, akademik Abel Məhərrəmov İlahiyyat, Ekologiya və torpaqşünaslıq, Tətbiqi-riyaziyyat və kibernetika fakültəsinə qəbul olan birinci kurs tələbələr ilə görüş keçirib.

 

 

 

Bakı Dövlət Universitetində müstəqilliyin 20-ci ildönümü qeyd olunub

05/10/2011

Bu gün Bakı Dövlət Universitetində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 20-ci ildönümü münasibətilə elmi-praktik konfrans keçirilib. Konfransı giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb.

 

 

Bakı Dövlət Universiteti Erciyes Universiteti ilə anlaşma memorandumu imzalayıb

04/10/2011

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov  Türkiyənin Erciyes Universitetinin rektoru, professor Fahrettin Keleştemurun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Universitet haqqında qonaqlara ətraflı məlumat verən rektor Abel Məhərrəmov, əsasən onun beynəlxalq əlaqələrindən danışıb.

 

 

BDU Latviya Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

04/10/2011

Bu gün Bakı Dövlət Universitetində “Azərbaycan-Latviya: mədəni-tarixi dialoq” sərgisi açılıb. Sərgidə Latviyanın ictimai-siyasi, mədəni həyatini, eyni zamanda Azərbaycan-Latviya mədəni, siyasi, ədəbi əlaqələrini əks etdirən kitab, dərgi, buklet və foto şəkillər nümayiş etdirilib.

 

 

Abel Məhərrəmov ukraynalı həmkarını qəbul edib

28/09/2011

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov  O.Qonçar adına Dnepropetrovsk Milli Univeristetinin (Ukrayna) rektoru  Nikolay Viktoroviç Polyakovu və elmi-pedaqoji iş üzrə prorektoru Sergey Aleksandroviç Çernetskini qəbul edib.

 


Abel Məhərrəmov hüquq fakültəsinin I kurs tələbələri ilə görüşüb

27/09/2011

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov bu il hüquq fakültəsinə qəbul olmuş tələbələrlə görüşüb. Rektor birinciləri tələbə adını qazanmaları  münasibətilə təbrik edib.

 

 

 

BDU-nun rektoru Almaniyadan gələn qonaqları qəbul edib

26/09/2011

Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov Almaniyanın Manheim Universitetinin Molekulyar və Hüceyrə İnstitutunun direktoru, Manheim Tədqiqi elmlər universiteti Biotexnologiya fakültəsinin dekan əvəzi, Almaniya Akkreditasiya mərkəzinin üzvü Mathias Hafner və Heydelberq Universiteti Manheim Tibb fakültəsinin tədqiqat qrupunun rəhbəri Ralf Jesenofskini qəbul edib.

 

BDU-da Avropa Komissiyasının 7-ci Çərçivə Proqramı əsasında treninqlər başlayıb

26/09/2011

Bu gündən etibarən Bakı Dövlət Universitetində Avropa Komissiyasının 7-ci Çərçivə Proqramı əsasında “Elektronika və Fotonika üçün Nanotexnologiya Platforması – NAPEP” layihəsi üzrə seminar və treninqlər öz işinə başlayıb.

 

 

BDU İLƏ RENMİN UNİVERSİTETİ ARASINDA MEMORANDUM İMZALANIB

23/09/2011

Çinin Renmin Universitetinin rektoru, professor Ji Buxengin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Nümayəndə heyətini BDU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru dosent Şəlalə Məmmədova qəbul edib.

 

 

Almaniyanın Ziqen Universitetinin professoru BDU-da mühazirə oxuyacaq

22/09/2011

Bakı Dövlət Universiteti ilə Almaniyanın Ziqen Universiteti arasında imzalanmış Anlaşma Memorandumuna əsasən əməkdaşlığın daha da  genişləndirilməsi məqsədi ilə Ziqen Universitetinin İqtisadiyyat fakültəsinin professorları Karl-Josef Koch, Gerd Morgenthaler və Orta Əsrlər və Müasir tarix şöbəsinin müdiri professor, doktor Rafaela Averkorn Bakı Dövlət Universitetində olublar.

 

I kurs tələbələri ilə görüş

21/09/2011

Tələbə Həmkarlar İttifaqı Komitəsi birinci kurs tələbələri ilə görüş keçirib. Tədbiri göriş sözü ilə açan sədr Daşqın Qəmbərov iştirakçıları Bakı Dövlət Universitetinin tələbəsi adını qazanması münasibəti ilə təbrik edib.

 

 

BDU-nun hüquq fakültəsinin professor-müəllim heyətinin BDU rektoru akademik A.M.Məhərrəmova müraciəti

17/09/2011

Hörmətli Abel müəllim!

Son zamanlar Bakı Dövlət Universitetində təhsilin keyfiyyətinin artırılmasına, tədrisin gücləndirilməsinə, beynəlxalq təlim metodlarının və innovasiyaların tətbiqinə yönəlmiş islahatlar cəmiyyət tərəfindən çox yüksək qiymətləndirilir. Bu islahatlar xüsusilə BDU-nun Hüquq fakültəsində surətlə aparılmış və fakültədə tamamilə yeni əhval-ruhiyyə yaratmışdır.

BDU və ADNA arasında əməkdaşlıq müqaviləsi imzalanıb

16/09/2011

Bu gün Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni BDU-nun rektoru, akademik Abel Məhərrəmov və ADNA-nın  rektoru, professor Siyavuş Qarayev imzalayıblar.

 

 

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 |
 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!