ATİB minnətdarlıq edir

06/10/2010

Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) 1918-ci il sentyabr ayının 15-də işğal altında olan Bakının Azərbaycan Demokratik Respublikasının milli ordusu və Nuru Paşanın başçılıq etdiyi Osmanlı Türk İslam Ordusu tərəfindən azad edilməsinin ildönümünə həsr olunmuş tədbirləri çərçivəsində görüşlərindən biri də 16 sentyabr 2010-cu il tarixində Bakı Dövlət Universitetinin tarix fakültəsində keçirilib. Görüş «Erməni probleminin iç üzü» mövzusunda baş tutub.

Dövlətlərarası əlaqələrin inkişaf prosesində parlament demokratiyası adlı beynəlxalq konfrans

21/09/2010

Sentyabrın 21-də Bakı Dövlət Universitetində Türkdilli  Ölkələrin  Parlament Assambleyası tərəfindən təşkil olunan "Dövlətlərarası əlaqələrin inkişaf prosesində parlament demokratiyası" adlı beynəlxalq  konfrans keçirilib. Konfransı giriş sözü ilə  rektor, akademik Abel Məhərrəmov açıb.  Tədbirin Bakı Dövlət Universitetində keçirilməsinə görə, TürkPA rəhbərliyinə, ilk növbədə, onun Baş katibi cənab Ramil Həsənova təşəkkürünü bildirən rektor Abel Məhərrəmov  quruma çətin, lakin şərəfli fəaliyyətində böyük uğurlar arzulayıb.

BDU-da Bilik günü keçirilib

15/09/2010

Bu gün Bakı Dövlət Universitetində 15 sentyabr - Bilik günü münasibətilə tədbir keçirilib. Rektor, millət vəkili, akademik Abel Məhərrəmov tələbələri, onların valideynlərini, müəllim və tədbir iştirakçılarını Bilik günü münasibətilə təbrik edib. Akademik Abel Məhərrəmov deyib ki, Bakı Dövlət Universiteti gənc nəslin təlim-tərbiyəsində, elm və təhsilində, mütəxəssislərin hazırlanmasında bütün təhsil ocaqlarına örnək olmuş və bu gün də örnək olaraq qalmaqdadır.

Erməni Araşdırmaları Elmi Mərkəzi fəaliyyətə başlayacaq

24/08/2010

“Erməni məsələsi” ilə bağlı ən aktual tarixi və çağdaş problemlərin öyrənilməsi, Ermənistanda baş verən ictimai-siyasi proseslərdən Azərbaycan ictimaiyyətinin xəbərdar edilməsi, Ermənistan dövlətinin və erməni diasporasının xarici ölkələrdə Azərbaycana və Türk dünyasına qarşı apardığı ideoloyi- təxribati fəaliyyətlər, onların  qarşısının alınması tədbirlərini həyata keçirilməsi üçün belə bir mərkəzin yaradılmasına ciddi ehtiyac var.

Akademik Fuad Qasımzadə son mənzilə yola salındı

04/08/2010

Bu gün Bakı Dövlət Universitetində respublikamızın tanınmış alimi, fəlsəfə elmləri doktoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, BDU-nun kafedra müdiri, professor Fuad Feyzulla oğlu Qasımzadə ilə vida mərasimi keçirilib. Öncə mərhumun həyatının müxtəlif anlarını əks etdirən slayd nümayiş etdirilib.

Elmin İnkişafı Fondu BDU-da tədbir keçirib

16/07/2010

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi tədqiqat proqramları və layihələrini və digər elmi tədbirləri dəstəkləmək, aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan fiziki şəxslərin, elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı yaratmaq məqsədi ilə cari ilin elmi prioritetinə uyğun olaraq, qrantların verilməsi üzrə 2010-cu il üçün 1-ci müsabiqəni (EİF-2010-1) elan etmişdir.

Altıağacda BDU-nun Elmi Şurasının iclası keçirilib

09/07/2010

İyulun 9-da Bakı Dövlət Universitetinin Altıağac tədris-təcrübə bazasında BDU-nun Elmi Şurasının iclası keçirilib. Rektor, millət vəkili, akademik Abel Məhərrəmov çıxışında xalqımızın ümummilli lideri Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyindən, ulu öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən bəhs edib, dövlət başçısının təhsilin və elmin inkişafı ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətindən danışıb.

BDU-da Azərbaycan milli mətbuatının 135 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

30/06/2010

Bu gün Bakı Dövlət Universitetində «Azərbaycan milli mətbuatı 135: tarixi yolu və müasir inkişaf meylləri» mövzusunda elmi-praktik konfrans keçirilib. Rektor, millət vəkili, akademik Abel Məhərrəmov konfransı giriş sözü ilə açaraq Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 135 illik yubileyinin geniş qeyd olunması ilə bağlı imzaladığı sərəncamın əhəmiyyətindən bəhs edib.

Şərqşünaslıq fakültəsinin tələbələri olimpiada qalibi olublar

29/06/2010

BDU-nun Şərqşünaslıq fakültəsinin bir qrup tələbəsi İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunmuş «Novruz-1» birinci fars dili və ədəbiyyatı olimpiadasında iştirak ediblər.  Fakültənin fars dili və ədəbiyyatını öyrənən tələbələr və həvəskar dinləyicilər arasında keçirilən «Novruz-1» olimpiadası 4 qrup üzrə 3 mərhələdən ibarət olub. Yarışmaya qatılan iştirakçıların bilikləri fars dilində imla, Novruz adlı inşa və Azərbaycan dilindən fars dilinə tərcümə ilə 3 səviyyədə yoxlanılıb.

BDU-da məzun günü keçirilib

29/06/2010

Dünən Bakı Dövlət Universitetində Məzun günü keçirilib. Universitetin əsas binasının qarşısında baş tutan tədbiri rektor, akademik Abel Məhərrəmov açaraq məzun adını qazanmış bütün tələbələri təbrik edib: «2009/2010-cu tədris ilində universiteti 4 minədək tələbə bitirir. Onlardan 3 min 500-ü təhsilin bakalavr, qalanları isə magistratura pilləsini başa vururlar.

Mətbuat və İnformasiya şöbəsinin rəhbəri «Qız qalası» Milli Mükafatına layiq görülüb

18/06/2010

İyunun 18-də «Excelsior»  mehmanxanasında Avrasiya Qəzetçilər Dərnəyi və İctimai Fikir Fondunun birgə təşkilatçılığı ilə «Qız qalası» Milli Mükafatının təqdimat mərasimi keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və 28 May - Respublika Günü münasibətilə bu ilin mayında respublikanın paytaxt və rayonlarında respondentlər arasında sorğu aparılıb.

«Gənc istedadlar» liseyində V sinfə qəbul imtahanları keçirilib

12/06/2010

İyunun 12-də Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən «Gənc istedadlar» liseyində V sinfə qəbul imtahanları keçirilib. BDU-nun rektoru, akademik Abel Məhərrəmov imtahan başlamazdan öncə şagirdlər və onların valideynləri ilə görüşüb. Məlum olub ki, imtahan verən 600-dən çox şagirddən 40 nəfər ən istedadlısı liseyə qəbul olunacaq.

BDU-da xalq şairi Bəxtiyar Vahabzadənin 85 illik yubileyi keçirilib

02/06/2010

İyunun 2-də Bakı Dövlət Universitetinin böyük akt zalında xalq şairi, dramaturq, ədəbiyyatşünas, akademik Bəxtiyar Vahabzadənin 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. ədbiri açan universitetin rektoru, millət vəkili, akademik Abel Məhərrəmov böyük şairin həyat və yaradıcılığından danışıb, onun Azərbaycan xalqı və dövləti qarşısındakı mühüm xidmətlərini diqqətə çatdırıb.

BDU-da imtahanlar test üsulu ilə keçirilir

02/06/2010

Bakı Dövlət Universitetində müasir tələbata müvafiq olaraq bakalavr pilləsi üzrə keyfiyyətli mütəxəssis hazırlığının təmin edilməsi sahəsində son illərdə uğurlu nəticələr əldə edilib. Əsas fənnlərin hər birindən düzgün cavabların 20 faiz miqdarından minimal bal həddini toplamayan tələbə qeyri-müvəffəq qiymət almış hesab olunub. İmtahan başa çatdıqdan sonra tələbələr dərhal kompyuter vasitəsilə nəticələri ilə tanış olublar.

Cəfər Xəndanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

20/05/2010

Mayın 20-də görkəmli ədəbiyyatşünas alim, pedaqoq, tənqidçi, şair, ictimai xadim Cəfər Xəndanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə filologiya fakültəsində böyük alim C.Xəndan adına auditoriyanın açılışı olub. Sonra tədbir iştirakçıları böyük alim və yazıçı Mir Cəlal Paşayevin adını daşıyan kafedraya baxıblar. Tanınmış alimlərin, ictimaiyyət nümayəndələrinin, tələbələrin iştirak etdiyi tədbirdə rektor, millət vəkili, akademik Abel Məhərrəmov böyük ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, şair, ictimai xadim Cəfər Xəndanın (Hacıyevin) həyat və yaradıcılığından danışıb.

BDU-nun basketbol komandası qalib olub

18/05/2010

Aprelin 22-dən mayın 3-nə qədər ölkənin 14 ali məktəbi arasında basketbol yarışları keçirilib. BDU-nun müxtəlif fakültələrinin tələbələrindən ibarət yığma komanda bütün oyunlar üzrə qələbə qazanaraq birinci yeri tutub. Mayın 5-dən 12-dək Azərbaycan çempionatının basketbol üzrə birinci liqasında da BDU komandası qalib olub.

Tələbə Liqasının ilk qarşılaşma oyunu Bakı Dövlət Universitetinin 2:1 hesablı qələbəsi ilə başa çatıb

14/05/2010


Mayın 14-də «Şəfa» stadionunda AFFA, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi Tələbə Liqasının açılış mərasimi keçirilib. Tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Məclisin deputatları, ali təhsil məktəblərinin rəhbərləri və digər rəsmi şəxslər iştirak ediblər.

Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş idman yarışlarının qalibləri mükafatlandırıldı

08/05/2010

Mayın 6-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş idman yarışlarının qaliblərinin təntənəli mükafatlandırılması mərasimi keçirilib. Tədbiri açan rektor, akademik Abel Məhərrəmov bu günün universitet həyatında əlamətdar olduğunu bildirib. Deyib ki, artıq bir aydan çoxdur ki, universitetdə ulu öndərin xatirəsinə həsr olunmuş müxtəlif  idman yarışları üzrə turnirlər keçirilir. Yarışlarda universitetin 16 fakültəsi və Moskva Dövlət Universitetinin Bakı filialının komandaları təmsil olunub.

Akademik Abel Məhərrəmov bilik yarışının qalibləriylə görüş keçirib

07/05/2010

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə məktəblilər arasında təşkil olunan inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması  mərasimi keçirilib. Tədbir  Yeni Azərbaycan Partiyası, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar  İttifaqları Konfederasiyası, Rabitə və İnformasiya Texnologiyaları  Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Təhsil naziri Misir Mərdanov  bildirib ki, yarışmaya 600 mindən çox şagird qatılıb.

Qələbənin 65-ci ildönümünə həsr edilmiş konfrans keçirilib

05/05/2010

Mayın 5-də Bakı Dövlət Universitetində 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 65-ci ildönümünə həsr edilmiş elmi-praktiki konfrans keçirilib. Rektor, millət vəkili, akademik Abel Məhərrəmov Böyük Vətən müharibəsinin bəşəriyyətə ağır bəlalar gətirdiyini, bir çox xalqlara, o cümlədən Azərbaycan xalqına ağır zərbələr vurduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. Tədbirdə YAP sədrinin müavini – icra katibi Əli Əhmədov, YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov və digər şəxslər iştirak ediblər.

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 |
 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!