Jurnalistika fakültəsinin müəllimi beynəlxalq konfransa dəvət edilib

27/11/2010

Dekabrın 2-dən 5-dək Şimali Kipr Türk Cümhuriyyətinin Lefke şəhərində Avrasiya Ekonomik İlişkilər Dərnəyi və Lefke Avropa Universitetinin birgə təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək. «XXI əsrdə türk dünyası» adlanan konfransda Türkiyə, Azərbaycan Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Kosova, Makedoniyadan elm adamları, millət vəkilləri və jurnalistlər iştirak edəcəklər.

Mühasibatlığın təmir və yenidənqurma işlərindən sonra açılış mərasimi olub

27/11/2010

Bu gün Bakı Dövlət Universiteti Mühasibatlığının təmir və yenidənqurma işlərindən sonra açılış mərasimi olub. Mərasimdə iştirak edən rektor, akademik Abel Məhərrəmov yüksək zövqlə təmir edilmiş, müasir avadanlıq və cihazlarla təmin olunmuş mühasibatlığın universitet həyatında tutduğu roldan danışıb. Rektor deyib ki, mühasibatlığın 18 nəfər əməkdaşı böyük bir kollektivə – tələbə, müəllim, professor və texniki işçiyə xidmət edir, onlara diqqət və qayğıyla yanaşır.

Nanotexnologiya istiqamətində dissertasiya işinin müdafiəsi keçirilib

25/11/2010

Bu gün Bakı Dövlət Universitetində kimya fakültəsinin dissertantı  Flora Vidadi qızı Hacıyevanın fiziki kimya üzrə fəlsəfə doktoru adını almaq üçün son zamanlar dünya elminin əsas sahələrindən sayılan nanotexnologiya istiqamətində "Polipropilen, polivinildenflüorid və kadmium sulfid əsasındakı nanokompozisiyaların quruluşunun formalaşması və xassələrinin tədqiqi" mövzusunda namizədlik dissertasiyasının müdafiəsi keçirilib.

BDU-da Tələbə Gənclər Təşkilatının III konfransı keçirilib

24/11/2010

Bu gün Bakı Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının üçüncü hesabat-seçki konfransı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər güllər düzülüb.

İki bədəndə bir can, Türkiyə-Azərbaycan – Əli bəy Hüseynzadə və Ziya Gökalp” simpoziumu keçirilib

24/11/2010

Bu gün Bakı Dövlət Universitetində Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin təşəbbüsü ilə “İki bədəndə bir can, Türkiyə-Azərbaycan – Əli bəy Hüseynzadə və Ziya Gökalp” simpoziumu keçirilib. Rektor, akadimik Abel Məhərrəmov türk dünyasının tanınmış şəxsiyyətləri, milli ideologiyanın daşıyıcıları haqqında bu səpkili tədbirlərin keçirilməsini təqdirəlayiq sayıb. Türk dünyasının vahid dili və himninin olmasına toxunan rektor qeyd edib ki, bu, türk dövlətlərinin birgə tədbirlərində iştirakçıların bir-biri ilə daha yaxşı anlaşması baxımından əhəmiyyətlidir.

Tədris Elektron Mərkəzinin açılışı olub

20/11/2010

Noyabrın 22-də Böyük Elmi Şuranın növbəti iclasında Tədris elektron mərkəzinin fəaliyyətə başlaması haqqında qərar qəbul edilib və həmin gün mərkəzin açılışı olub.Açılış mərasimində çıxış edən rektor, akademik Abel Məhərrəmov Tədris elektron mərkəzinin yaranma zərurətindən, fəaliyyət istiqamətindən bəhs edib. Rektorun sözlərindən məlum olub ki, qurum BDU-nun 2006-cı ildən etibarən Boloniya prosesinə qoşulması ilə əlaqədar bu prosesin prinsiplərinin həyata keçirilməsinə ciddi nəzarət edilməsi məqsədilə yaradılıb.

Qəhrəman şəhidlərimiz Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən ziyarət olundu

13/11/2010

Bu gun BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı və bilavasitə rəhbərliyi altında universitetin 1500-ə yaxın gənci “Milli Qəhrəman” Mübariz İbrahimov və qəhraman şəhidimiz Fərid Əhmədovun müqəddəs məzarlarını ziyarət etmək məqsədi ilə saat 13-20-də universitetin yeni tədris binasının qarşısından “Fəxri Xiyaban”a yürüş təşkil etdi.

Təhsil Nazirliyində kollegiya iclası keçirilib

22/10/2010

Tədbirdə təhsil naziri Misir Mərdanov, maliyyə naziri Samir Şərifov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Nazirlər Kabinetinin şöbə müdiri İsmayıl Sadıqov, ali məktəb rektorları və aidiyyatı nazirliklərin məsul işçiləri iştirak ediblər.

Dəyişən ulduzlar sahəsində beynəlxalq elmi konfrans

06/10/2010

Bu günlərdə Ukraynanın Odessa şəhərində astronomiya üzrə dəyişən ulduzlar sahəsində növbəti beynəlxalq elmi konfrans keçirilib. Dörd ildən bir keçirilən konfransda bir qayda olaraq, keçmiş SSRİ ərazisində olan ölkələrin alimləri ilə yanaşı, Şərqi və Qərbi Avropa, Amerika və Afrika astronomları da iştirak edirlər. Bunu nəzərə alaraq, konfransın işçi dili ingilis dili qəbul olunub. Konfransın elmi istiqamətləri elə seçilib ki, müzakirədə dəyişən ulduzların bütün tipləri əhatə olunub. Öz-özlüyündə bu, nadir haldır, çünki adətən, mövzular dar bir elm sahəsini əhatə edir. Bu da həmin konfransın qoyulan suallara görə daha əhatəli olmasını göstərir.

ATİB minnətdarlıq edir

06/10/2010

Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) 1918-ci il sentyabr ayının 15-də işğal altında olan Bakının Azərbaycan Demokratik Respublikasının milli ordusu və Nuru Paşanın başçılıq etdiyi Osmanlı Türk İslam Ordusu tərəfindən azad edilməsinin ildönümünə həsr olunmuş tədbirləri çərçivəsində görüşlərindən biri də 16 sentyabr 2010-cu il tarixində Bakı Dövlət Universitetinin tarix fakültəsində keçirilib. Görüş «Erməni probleminin iç üzü» mövzusunda baş tutub.

Dövlətlərarası əlaqələrin inkişaf prosesində parlament demokratiyası adlı beynəlxalq konfrans

21/09/2010

Sentyabrın 21-də Bakı Dövlət Universitetində Türkdilli  Ölkələrin  Parlament Assambleyası tərəfindən təşkil olunan "Dövlətlərarası əlaqələrin inkişaf prosesində parlament demokratiyası" adlı beynəlxalq  konfrans keçirilib. Konfransı giriş sözü ilə  rektor, akademik Abel Məhərrəmov açıb.  Tədbirin Bakı Dövlət Universitetində keçirilməsinə görə, TürkPA rəhbərliyinə, ilk növbədə, onun Baş katibi cənab Ramil Həsənova təşəkkürünü bildirən rektor Abel Məhərrəmov  quruma çətin, lakin şərəfli fəaliyyətində böyük uğurlar arzulayıb.

BDU-da Bilik günü keçirilib

15/09/2010

Bu gün Bakı Dövlət Universitetində 15 sentyabr - Bilik günü münasibətilə tədbir keçirilib. Rektor, millət vəkili, akademik Abel Məhərrəmov tələbələri, onların valideynlərini, müəllim və tədbir iştirakçılarını Bilik günü münasibətilə təbrik edib. Akademik Abel Məhərrəmov deyib ki, Bakı Dövlət Universiteti gənc nəslin təlim-tərbiyəsində, elm və təhsilində, mütəxəssislərin hazırlanmasında bütün təhsil ocaqlarına örnək olmuş və bu gün də örnək olaraq qalmaqdadır.

Erməni Araşdırmaları Elmi Mərkəzi fəaliyyətə başlayacaq

24/08/2010

“Erməni məsələsi” ilə bağlı ən aktual tarixi və çağdaş problemlərin öyrənilməsi, Ermənistanda baş verən ictimai-siyasi proseslərdən Azərbaycan ictimaiyyətinin xəbərdar edilməsi, Ermənistan dövlətinin və erməni diasporasının xarici ölkələrdə Azərbaycana və Türk dünyasına qarşı apardığı ideoloyi- təxribati fəaliyyətlər, onların  qarşısının alınması tədbirlərini həyata keçirilməsi üçün belə bir mərkəzin yaradılmasına ciddi ehtiyac var.

Akademik Fuad Qasımzadə son mənzilə yola salındı

04/08/2010

Bu gün Bakı Dövlət Universitetində respublikamızın tanınmış alimi, fəlsəfə elmləri doktoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, BDU-nun kafedra müdiri, professor Fuad Feyzulla oğlu Qasımzadə ilə vida mərasimi keçirilib. Öncə mərhumun həyatının müxtəlif anlarını əks etdirən slayd nümayiş etdirilib.

Elmin İnkişafı Fondu BDU-da tədbir keçirib

16/07/2010

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi tədqiqat proqramları və layihələrini və digər elmi tədbirləri dəstəkləmək, aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan fiziki şəxslərin, elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı yaratmaq məqsədi ilə cari ilin elmi prioritetinə uyğun olaraq, qrantların verilməsi üzrə 2010-cu il üçün 1-ci müsabiqəni (EİF-2010-1) elan etmişdir.

Altıağacda BDU-nun Elmi Şurasının iclası keçirilib

09/07/2010

İyulun 9-da Bakı Dövlət Universitetinin Altıağac tədris-təcrübə bazasında BDU-nun Elmi Şurasının iclası keçirilib. Rektor, millət vəkili, akademik Abel Məhərrəmov çıxışında xalqımızın ümummilli lideri Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyindən, ulu öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən bəhs edib, dövlət başçısının təhsilin və elmin inkişafı ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətindən danışıb.

BDU-da Azərbaycan milli mətbuatının 135 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

30/06/2010

Bu gün Bakı Dövlət Universitetində «Azərbaycan milli mətbuatı 135: tarixi yolu və müasir inkişaf meylləri» mövzusunda elmi-praktik konfrans keçirilib. Rektor, millət vəkili, akademik Abel Məhərrəmov konfransı giriş sözü ilə açaraq Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 135 illik yubileyinin geniş qeyd olunması ilə bağlı imzaladığı sərəncamın əhəmiyyətindən bəhs edib.

Şərqşünaslıq fakültəsinin tələbələri olimpiada qalibi olublar

29/06/2010

BDU-nun Şərqşünaslıq fakültəsinin bir qrup tələbəsi İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunmuş «Novruz-1» birinci fars dili və ədəbiyyatı olimpiadasında iştirak ediblər.  Fakültənin fars dili və ədəbiyyatını öyrənən tələbələr və həvəskar dinləyicilər arasında keçirilən «Novruz-1» olimpiadası 4 qrup üzrə 3 mərhələdən ibarət olub. Yarışmaya qatılan iştirakçıların bilikləri fars dilində imla, Novruz adlı inşa və Azərbaycan dilindən fars dilinə tərcümə ilə 3 səviyyədə yoxlanılıb.

BDU-da məzun günü keçirilib

29/06/2010

Dünən Bakı Dövlət Universitetində Məzun günü keçirilib. Universitetin əsas binasının qarşısında baş tutan tədbiri rektor, akademik Abel Məhərrəmov açaraq məzun adını qazanmış bütün tələbələri təbrik edib: «2009/2010-cu tədris ilində universiteti 4 minədək tələbə bitirir. Onlardan 3 min 500-ü təhsilin bakalavr, qalanları isə magistratura pilləsini başa vururlar.

Mətbuat və İnformasiya şöbəsinin rəhbəri «Qız qalası» Milli Mükafatına layiq görülüb

18/06/2010

İyunun 18-də «Excelsior»  mehmanxanasında Avrasiya Qəzetçilər Dərnəyi və İctimai Fikir Fondunun birgə təşkilatçılığı ilə «Qız qalası» Milli Mükafatının təqdimat mərasimi keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və 28 May - Respublika Günü münasibətilə bu ilin mayında respublikanın paytaxt və rayonlarında respondentlər arasında sorğu aparılıb.

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 |
 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!