YUNESKO ilə Bakı Dövlət Universiteti arasında imzalanan Anlaşma Memorandumun təqdimat mərasimi keçirilib

14/12/2011

Bu gün BDU-da YUNESKO ilə Bakı Dövlət Universiteti arasında imzalanan Anlaşma Memorandumunun təqdimat mərasimi keçirilib. Memoranduma əsasən BDU öz akademik proqramı çərçivəsində YUNESKO-nun bioetika üzrə əsas tədris kursunun sınağında iştirak edəcək, YUNESKO isə öz növbəsində, BDU-ya bu istiqamətdə lazım olan köməyi göstərəcək.

Tədbirdə çıxış edən rektor, akademik Abel Məhərrəmov bioetika elminin Azərbaycanda inkişaf etməsinin vacibliyindən söz açaraq, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu sahəyə olan xidmətlərindən danışıb.

Təqdimat mərasimində YUNESKO-nu Azərbaycan Respublikasındakı Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva təmsil edib. Günay Əfəndiyeva bildirib ki, BDU ilə imzalanmış Memoranduma YUNESKO-nun ölkə və ya region nümayəndəliyi deyil, YUNESKO-nun Baş ofisi tərəfdaş çıxır. Bu da ölkəmizə olan xüsusi diqqətin göstəricisi olmaqla yanaşı  YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu sahəyə olan xidmətlərinin nəticəsidir.

Adı çəkilən Memorandumun effektiv şəkildə reallaşdırılması üçün millətvəkili     Aytən Mustafayevanın rəhbərlik etdiyi AMEA-nın İnsan Hüquqları İnstitutu ilə BDU arasında Anlaşma Memorandumu imzalanıb. İki qurum arasında imzalanan anlaşma ümumi maraqlara əsaslanan elm və təhsil sahəsində əməkdaşlıqla yanaşı bioetika və tibbi hüquq sahəsi üzrə əməkdaşlığın detalları da əks olunmuşdur. Bu Anlaşma nəticəsində bioetika fənninin 2011-2014-cü illər ərzində Universitetin planına salınması nəzərdə tutulmuşdur.

Qeyd etmək lazımdır ki, son iki il ərzində bioetika elminin inkişafı Azərbaycanda yeni təkan alıb. Azərbaycan Milli Elmlər Akademiyasında “Bioetika və tibbi hüquq” ixtisası üzrə doktorantura və dissertantura  yaranmış və şifr təsdiq olunmuşdur. Azərbaycanda bu sahənin inkişafında AMEA-nın İnsan Hüquqları İnstitutunun böyük rolu var. Bu İnstitut nəzdində Bioetika və tibbi hüquq şöbəsi yaranmış və professor V.Məmmədovun başçılığı ilə YUNESKO-nun Bioetika və tibbi hüquq kafedrasının nümayəndəsi açılmışdır.

YUNESKO-nun bioetika üzrə əsas tədris kursu sınaqlarının BDU-da keçirilməsi fikri ilk olaraq 31 may -2 iyun 2011-ci il tarixində Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda keçirilən YUNESKO-nun Beynəlxalq  Bioetika Komitəsinin 18-ci toplantısında səslənmişdir.

Bu konfrans çərçivəsində YUNESKO Baş Direktorunun Sosial və Humanitar Elmlər üzrə müavini Pilar Alvarez Laso ilə görüşən Təhsil naziri Misir Mərdanov Nazirliyin bioetikanın Azərbaycanda tədris olunmasını hər səviyyədə dəstəklədiyini qeyd edərək, 2012-ci ildə BDU-nun Hüquq fakültəsinin nəzdində Bioetika və tibbi hüquq kursunun və ya kafedrasının yaranacağını, gələcəkdə bu ixtisas üzrə magistraturanın da açılacağını bildirmişdi.

Mətbuat və İnformasiya Şöbəsi, 14 dekabr 2011-ci i.

Material aşağıdakı yerli və xarici KİV-də də yayımlanıb: APA, SIA.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!