YUNESKO ALİMLƏRİMİZİN ELMİ İŞİNİ YUKSƏK QİYMƏTLƏNDİRİB

07/03/2011

Son zamanlar nanotexnologiyalar elmin çox aktual sahəsinə çevrilib. Bu texnologiyalar maddəyə müxtəlif təsir metodları, yanaşmaları, atom və molekullar ilə əlaqəli olan bütün texniki prosesləri özündə cəmləşdirir. Nanotexnologiyanın tətbiq sahələri həddən artıq çoxdur: ekologiya, tibb, kosmos, kibernetika, sənaye - xüsusilə neft sənayesi. Neft sahəsində nanotexnologiyalın tətbiqi ölkəmiz üçün çox əhəmiyyətlidir. Çünki Azərbaycan dünya bazarına xam neft ixrac edən iri təchizatçılardan biridir və neft sənayesi ölkə iqtisadiyyatının yüksəlişində başlıca yer tutur.

Sevindirici haldır ki, müəllifləri Azərbaycanın ğörkəmli alim və mütəxəssisləri Azad Mirzəcanzadə, Abel Məhərrəmov, Rövnəq Abdullayev, Xoşbəxt Yusifzadə, Eldar Şahbazov, Rəhman Qurbanov, Səbuhi Əhmədov, Məhəmmədəli Ramazanov, Şəbiyar Şəfiyev və Elçin Kazımov olduğu “Neft sənayesində nanotexnologiya (fundamental elmi araşdırma, ixtira və tətbiq)” adlı elmi iş YUNESKO (BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə təşkilatı) tərəfindən yüksək qiymətləndirilib, işə qurumun bu günlərdə işıq üzü görmüş “Nanoelm və nanotexnologiyalar ensiklopediyası”  kitabında 17 səhifəlik yer ayrılmışdır.  1000 səhifə həcmində hazırlanmışensiklopediyanın baş redaktorları dünya şöhrətli alimlər - Sergey Kapitsa (Rusiya), Osama Avadelkərim (ABŞ) və Çunli Baydır (Çin). Kitabın mündəricatı 4 bölmədən ibarətdir: elmi əsaslar,  nanotexnologiyalar, cihazlar və sistemlər, siyasət. Azərbaycan alimlərinin elmi işi ensiklopediyanın “Nanotexnologiyalar” bölməsində yerləşdirilib.  Bakı Dövlət Universitetinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əməkdaşları tərəfindən birgə aparılmış araşdırmalar nəticəsində neft sənayesinin texnoloji proseslərində nanotəsir və nanomühitin tədqiqi əsasında texniki-texnoloji və iqtisadi göstəricilər ciddi surətdə yaxşılaşdırılmışdır. Metal nanohissəciklərin  əsasında yaradılmış yeni sistemin tətbiqi nəticəsində kiçik hasilatlı və yüksək dərəcədə sulaşmış quyularda neft hasilatının 2,0-2,5 dəfə artmasına nail olunmuşdur. Alim və mütəxəssislərimiz tərəfindən müəyyən edilmişdir ki, nanotexnologiyanın tətbiqi nəticəsində səthi gərilmə 70%-ə qədər, duz çökməsi 60%-ə qədəр azalmış, asfalt-qətran-parafin çöküntülərinə qarşı mübarizədə effekt artmış, nəticədə sinergetik effekt hesabına məhsuldar laylarda neftin hərəkət etməsində sürət 50%-ə qədər yüksəlmişdir. Qazma texnologiyasında isə ″gil qabığı-qazma aləti″ kontaktında sürtünməəmsalı kəskin azalmış, hidrofob səthinin islanması  25%-dən çox artmışdır.

 

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 07 mart 2011-ci il.

(Material AzərTac, Azadinform, SİA, APA, SalamNews, AZE.az, bakililar.az,  1News.az  informasiya agentlikləri və xəbər portallarında, "Azərbaycan", "Xalq qəzeti", "Azərbaycan müəllimi" , "Nedelya", "CBN Extra" qəzetlərində də yayımlanıb – 07,08,11 mart 2011-ci il)

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!