Yeni media fənlərinin tədrisi ilə bağlı təlimlər keçirilib

28/09/2012

Bu gün  Amerikanın “Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası”nın (IREX)  Azərbaycan nümayəndəliyinin  təşəbbüsü və xarici mütəxəssislərin  iştirakı ilə təlim keçirilib. Jurnalistika fakültəsində yeni media fənlərini (Onlayn Jurnalistika, Multimedia Jurnalistika, Sosial Media və Yeni Mediaya giriş) tədris edən  müəllimlər üçün  təşkil edilən təlim  “Azərbaycan Yeni Media” layihəsi çərçivəsində baş tutub. Böyük Britaniyadan olan mütəxəssis David  Brever və "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz iştirakçılara  yeni media fənlərinin  tədris metodları barədə bir sıra dəyərli məlumatlar veriblər.

Universitetlərin jurnalistika fakültələrinin müəllimləri üçün nəzərdə tutulan təlimdə  BDU jurnalistika fakültəsindən –  Televiziya və Radio Jurnalistikası kafedrasının müdiri Aynur Kərimova, Osman Gündüz, Könül Niftəliyeva, Aynur Nəsirova və Anzulə Əmirova  da iştirak edib.

Qeyd edək ki,  İREX beynəlxalq humanitar təşkilat  olaraq 1998-ci ildən Azərbaycanda Nümayəndəliyini təsis edib.  Azərbaycanda  təhsilin və medianın  inkişafına dəstək məqsədilə ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Bürosunun, habelə USAİD-in maliyyələşdirdiyi müxtəlif proqramlar həyata keçirir.

Mətbuat və informasiya şöbəsi, 28 sentyabr 2012-ci il.


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!