Yaponiyanın Xarici İşlər Nazirinin Parlamentar müavini BDU-da olub

28/04/2014

Yaponiyanın Xarici İşlər Nazirinin Parlamentar müavini cənab Takao Makinon Bakı Dövlət Universitetində olub. Qonağı qəbul edən rektor, akademik Abel Məhərrəmov ona universitet haqqında məlumat verib, beynəlxalq əlaqələrindən və üzvü olduğu təşkilatlarla işbirliyindən danışıb. Görüşdə BDU və Yaponiya universitetlərinin əməkdaşlıq məsələlərindən, Yaponiya universtetlərində təhsil alan azərbaycanlı  tələbələrin fəaliyyətindən, eyni zamanda şərqşünaslıq fakültəsinin yapon dili ixtisasından və tələbələrin hazırlığından bəhs olunub.  Eynizamandayapondiliixtisasıüzrətəhsilalantələbələrlədəgörüş keçirilib. Qonaqlartələbələrinyapondiliniöyrənməsəviyyələrindənrazılıqlarınıbildiriblər.

Cənab Makino Parlamentar Nazir Müavinin İcraçı Köməkçisi cənab Daisuke İçikava, Yaponiyanın Xarici İşlər Nazirliyində Mərkəzi Asiya və Qafqaz şöbəsinin direktoru, Avropa Məsələləri Bürosu cənab Cun Nanazava, Yaponiyanın Xarici İşlər Nazirliyində Mərkəzi Asiya və Qafqaz şöbəsinin rəsmisi Xanım Natsuko Oqava tərəfindən müşayiət edilib.

Görüşdə həmçinin Yaponiyanın ölkəmizdəki səfiri TsuquoTakahaşi və Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə də iştirak edib.

Mətbuat və İnformasiya şöbəsi, 28 aprel 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!