Yaponiyanın Tsukuba Universitetinin Humanitar və Sosial Elmlər fakültəsinin nümayəndə heyəti BDU-da olub

10/12/2015

Yaponiyanın Tsukuba Universitetinin Humanitar və Sosial Elmlər fakültəsinin professoru Toshinobu Usuyama və fakültənin əməkdaşı Sei Matsushita Bakı Dövlət Universitetində olub.

Beynəlxalq layihələr şöbəsinin müdiri Elmira İsmayılova və şöbənin əməkdaşları ilə görüşən qonaqlar Tsukuba universiteti haqqında məlumat verib, Universitetlər arasında qurulacaq əməkdaşlıq məsələləri müzakirə olunub. Professor Toshinobu Usuyama Tsukuba Universiteti haqqında danışıb və onun Yaponiyada reytinq üzrə 8 yerdə qərarlaşdığını diqqətə çatdırıb.

Görüşdə Tsukuba Universitetində təhsil almaq və təcrübə keçmək istəyən magistr və doktorantlar üçün təqaüd proqramları haqqında da məlumat verilib.

Mətbuat və informasiya şöbəsi, 10 dekabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!