Yaponiyanın Kumamoto Universitetinin professoru Nanoaraşdırmalar laboratoriyasında olub

03/10/2016

Yaponiyanın Kumamoto Universitetinin Supramolekulyar kimya laboratoriyasının professoru Makoto Takafuji Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar laboratoriyasında olub. Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov birgə əməkdaşlıq məsələləri, magistr və doktorantların hazırlığı istiqamətində müzakirələr aparıb. Qeyd edək ki, BDU-nun dosenti, kimya elmləri üzrə fəlsəfə doktoru Flora Hacıyeva Yaponiyanın Kumamoto Universitetinin Tətbiqi Kimya və Biokimya Mərkəzinə 4 aylıq müddətində elmi ezamiyyətə göndərilib. Ezamiyyət Yaponiyanın Matsumae Beynəlxalq Fondunun maliyyələşdiridiyi layihə çərçivəsində baş tutub. 
Onu da bildirək ki, professor Makoto Takafuji V Bakı Beynəlxalq Humanitar forumunda iştirak etmək üçün ölkəmizə səfər edib.

Mətbuat və informasiya şöbəsi,  03 oktyabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!