Yaponiyanın Komatsu şəhərinin nümayəndə heyəti BDU-da olub

17/10/2017

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Azərbaycanda səfərdə olan Yaponiyanın Komatsu şəhərinin meri Şinji Vadanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edən rektor prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişafını qeyd edib. Rektor BDU-nun beynəlxalq əlaqələri, o cümlədən Yaponiya universitetləri ilə uğurlu əməkdaşlığa toxunaraq yapon dilinin Azərbaycanda ilk dəfə BDU-da 2000-ci ildən tədris olunduğunu xatırladıb. Rektor ötən ay Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində Yaponiya hökuməti tərəfindən maliyyələşdirilən layihə nəticəsində əsaslı təmir və müasir texniki avadanlıqlarla təmin edilmiş auditoriyaların istifadəyə verilməsini yüksək dəyərləndirib.

Komatsu şəhərinin meri Şinji Vada BDU-nun Yaponiya universitetləri ilə əməkdaşlığını, o cümlədən yapon dilinin yüksək səviyyədə tədrisi nəticəsində yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib və elm-təhsil sahəsindəki layihələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Komatsu Dövlət Universitetinin Hazırlıq Komitəsinin sədri, Kanazava Universitetinin müşaviri Hiroşi Yamamoto əməkdaşlıq əlaqələrinin daha da inkişafı istiqamətində görüləcək işlərdən danışıb.

Görüşdə Komatsu Şəhər Şurasının sədri Toşikazu Umeda, Kanazava Universiteti, Qlobal Məsələlər Təşkilatının Xüsusi təyinatlı professoru Aidə Məmmədova, Komatsu şəhərinin Beynəlxalq Təşviqat İdarəsinin baş direktoru Katsuşi Fuci və adıçəkilən şöbənin işçisi Natsumi Yamada, BDU-nun Xarici tələbələrlə iş üzrə dekanı Gülheyran Rəhimova iştirak ediblər.

Sonda qonaqlar universitetin Nanoaraşdırmalar mərkəzində, elmi tədqiqat və tədris laboratoriyalarında, Jurnalistika fakültəsinin Tədris-teleradio studiyasında olub, Şərqşünaslıq fakültəsinin yapon dili və ədəbiyyatının tədrisi auditoriyalarına baş çəkiblər.

Mətbuat və informasiya şöbəsi, 17 oktyabr 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!