Yaponiyalı professor BDU-nun Nano Araşdırmalar mərkəzində mühazirə oxuyub

02/03/2017

Yaponiyanın Kumamoto Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, Tətbiqi kimya kafedrasının professoru Hirotaka İhara BDU-nun Fizika fakültəsinin Nano Anaraşdırmalar laboratoriyasının qonağı olub. Fizika fakültəsinin dekanı, professor  Məhəmmədəli Ramazanov qonağı salamlayaraq bildirib ki, BDU ilə Kumamoto Univeristeti arasında sıx elmi əlaqələr qurulub və yaponiyalı professorların Nano Araşdırmalar laboratoriyası və mərkəzində mühazirələri ənənə halını alıb. Görüşdə birgə elmi əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, magistr və doktorantların hazırlanması müzakirə edilib.

Sonra professor Hirotaka İhara «Polimerlərin xirooptik funksionallaşmasının supermolekulyar platforması» mövzusunda məruzə ilə çıxış edib. Görüşdə Fizika və Kimya fakültələrinin professor-müəllim heyəti, magistr və doktorantlar, Nano Araşdırmalar mərkəzinin əməkdaşları iştirak ediblər.

Mətbuat və informasiya şöbəsi, 02 mart 2017-ci il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!