Yaponiyalı professor BDU-da

14/07/2016

Yaponiyanın Hokkaido Universitetinin Tətbiqi Fizika departamentinin professoru Oliver B.Wright Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar laboratoriyasında olub.  Prof. Oliver B. Wright Yaponiyada gördüyü elmi işlər barədə universitetin professor-müəllim və tələbələri  heyəti üçün “Akustik metamateriallar, plazmonik kristallar, nanostrukturlarda Ghz vibrasiyalar” mövzusunda məruzə ilə çıxış edib, alim və tələbələrin suallarını cavablandırıb. Eyni zamanda Nanoaraşdırmalar laboratoriyasında aparılan elmi-tədqiqat işləri barədə də qonağa ətraflı məlumat verilib. Fizika fakültəsinin dekanı, professor Məmmədəli Ramazanov və professor Oliver B. Wright birgə əməkdaşlıq məsələlərini, magistr və doktorant hazırlığı üçün mümkün imkanları müzakirə ediblər.

Mətbuat və informasiya şöbəsi, 14 iyul 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!