Yaponiyalı alim Bakı Dövlət Universitetində mühazirə oxuyub

06/11/2012

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Tokio Universitetinin mədəniyyət antropologiyası üzrə fəxri professoru Takeo Funabikini qəbul edib. BDU haqqında qonaqlara məlumat verən rektor, əsasən universitetin beynəlxalq əlaqələrindən danışıb. Görüşdə BDU ilə Yaponiya universitetlərinin əməkdaşlığından, yapon dilinin tədrisi məsələlərindən danışılıb. Eyni zamanda Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun fəaliyyətindən də bəhs edilib. Qonaq universitetdə yapon dilinin tədrisindən razı qaldığını bildirib. Görüşdə Yaponiyanın səfir Şusuke Vatanabe iştirak edib.

Qonaqlar BDU-nun Nanotexnologiya laboratoriyasinda və digər elmi mərkəzlərində olublar. Sonra yaponiyalı professor universitet tələbələri qarşısında «Yenə də anlaşılmaz yaponlar? – Onlar Böyük Zəlzələ vaxtı və ondan sonra nə cür hərəkət edirlər?» mövzusunda mühazirə ilə çıxış edib.

Mətbuat və İnformasiya şöbəsi, 06 noyabr 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!