Yaponiya səfirliyinin əməkdaşı BDU tələbələrinə mühazirə oxuyub

10/05/2016

Yaponiya səfirliyinin ölkəmizdəki nümayəndəsi, administrasiya şöbəsinin məsul işçisi Ayumi Mitsuhashi Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Yaponiya üzrə regionşünaslıq ixtisasının tələbələri üçün mühazirə oxuyub. "Qonaqpərvərlik - Yaponiya-Şərq mədəniyyətinin bir qolu kimi" adlı mühazirə tələbələrin marağına səbəb olub. Ayumi Mitsuhashi şərq ölkələri mədəniyyətinin oxşar və fərqli cəhətlərindən ətraflı bəhs edib . Diskussiya şəraitində davam etdirilən görüşdə Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının yapon dili müəllimləri də iştirak ediblər.

Mətbuat və informasiya şöbəsi, 11 may 2016-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!