Yaponiya Səfirliyindən təşəkkür məktubu

27/01/2015

Yaponiyanın Xarici İşlər nazirinin müavini Minoru Kiuçinin başçılıq etdiyi nümayəndə heyəti 19 yanvar 2015-ci il tarixində Bakı Dövlət Universitetində olub, rektor, akademik Abel Məhərrəmov ilə görüşüb. Nazir müavini ölkəsinə qayıtdıqdan sonra universitetin rəhbərliyinə Yaponiyanın Azərbaycandakı Səfirliyi vasitəsilə səmimi qəbul üçün öz təşəkkürlərini göndərib. Nazir müavini ən xoş arzularını yetirərək, keçirilən görüşdən çox məmnun olduğunu, eləcə də, Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində göstərilən dəstəyi və əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edib.

Mətbuat və informasiya şöbəsi, 27 yanvar 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!