BDU tələbəsi Türkiyədə konfransda iştirak edib

22/02/2013

Yeni Azərbaycan Partiyasının (YAP) tələbə üzvü Türkiyənin Yozqat şəhərində bir sıra görüşlər keçiriblər.

Səfər çərçivəsində YAP-ın 600 mininci üzvü və Bakı Dövlət Universitetinin (BDU) tələbəsi, BDU-nun nəzdində fəaliyyət göstərən Tələbə Həmkarlar İttifaqı Komitəsinin Beynəlxalq munasibətlər və iqtisadiyyat fakültə sədrinin müavini Rövşən İsmayılov Yozqatın Yerköy Bələdiyyə sədri Məhmət Ağaoğlunu, Milli Təhsil müdiri Məhmət Yavuzu ve qayməqam Bayram Qaleni ziyarət edib.

Görüşlərdə Azərbaycan-Türkiyə münasibətlərinin durumunu müzakirə edən tərəflər bu əlaqələrin gücləndirilməsi imkanlarını dəyərləndiriblər.

Daha sonara isə YAP-ın 600 mininci üzvü   bəzi yerli hakimiyyət nümayəndələrini Yerköydə keçirəcəyi Türkiyə-Azərbaycan  konfransına dəvət edib.

Qayməqam Bayram Qale ilə  görüşdən sonra R.İsmayılov Yerköy qayməqamına Heydər Əliyev haqqında kitab və Azərbaycan bayrağı hədiyyə edib.

Ziyarət əsnasında, Qayməqam Bayram Gale, məmnuniyyətini dilə gətirərək, YAP-ın 600 mininci üzvü,Bakı Dövlət Universiteti Beynəlxalq Əlaqələr Gənclik Təşkilatı sədr müavini Rövşən İsmayılov ilə Türk Dünyası Tələbə Dərnəyi Birliyi Azərbaycan Koor.Yardımcısı Bünyamin Şahininə Yerköy İcra Hakimiyyətinin təşəkkür plaketini təqdim etdi.

Konfrans 16 fevral-daYerköy Ədalət Peşə Yüksekokulu konfrans salonunda reallaşdı.

Konfransa natiq olaraq qatılan Bozok Universiteti Fən Ədəbiyyat Fakültəsi Müəllim Əbubəkr Güngör, Türkiyə və Azərbaycan  arasındakı qardaşlıq haqqında müxtəlif məlumatlar verdi. Daha sonra YAP-ın 600 mininci üzvü Azərbaycan Bakı Dövlət Universiteti Beynəlxalq Əlaqələr Bölümü Gənclik Təşkilat sədr müavini Rövşən İsmayılov, Türkiyə Azərbaycan münasibətləri, siyasi, mədəni hadisələri və Universitetləri haqqında iştirakçılara məlumat verdi. Çıxışlardan sonra, Azərbaycan və Türkiyə arasında olan qardaşlığı ifadə edən türkü Dinlətisi təqdim edildi.

Konfransa Yerköy Bələdiyyə Başçısı Mehmet Ağaoğlu, Yerköy Ədalət Peşə Yüksekokulu baş katibi Oğuz Duyğu, Yerköy İlçe Milli Təhsil Müdirliyi şöbə müdiri Cəlal Doğan və çox sayda ilçe xalqı qatıldı.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!