YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin III hesabat seçki konfransı keçirilib

12/06/2009

Dünən Bakı Dövlət Universitetində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı Gənclər Birliyinin III hesabat seçki konfransı keçirildi. İlk olaraq YAP Gənclər Birliyinin İdarə Heyətinin üzvü Daşqın Qənbərov tədbir iştirakçılarını konfransın gündəliyi ilə tanış etdi.
YAP İdarə Heyətinin üzvü, BDU-nun rektoru, akademik Abel Məhərrəmov çıxış edərək konfransın işinə uğurlar arzuladı. O, tədbirin məhz BDU-da keçirilməsinin əlamətdar bir hadisə olduğunu vurğulayaraq bunu bir sıra amillərlə əlaqələndirdi. A.Məhərrəmov YAP Yasamal rayon təşkilatının fəaliyyətini yüksək qiymətləndirdi və təşkilatın sıralarında gənclərin üstünlük təşkil etdiyini bildirdi. Rektor Ulu öndər Heydər Əliyevin gənclər siyasətindən də bəhs edərək bu siyasi kursun hazırda ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı.
Sonra YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyevin hesabat-məruzəsi dinlənildi. Qeyd olundu ki, YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin 2-ci hesabat konfransında üzvlərin sayı 1100 idisə, bu gün 10102 nəfərdir: “Rəqəmlərdən göründüyü kimi, partiyaya kütləvi axın davam etməkdədir. Üzvlərimizin böyük əksəriyyətini gənclərin təşkil etməsini Yeni Azərbaycan Partiyasına cəmiyyətdə artan inamın təzahürü kimi qiymətləndirmək olar”.
B.Nəbiyevin sözlərinə görə, artıq uzun müddətdir ki, YAP Yasamal rayon təşkilatının təşəbbüsü ilə ali məktəb tələbələri arasında qaçqın ailələrindən olan, aztəminatlı tələbələrdən 14 nəfərə fərdi təqaüd ayrılır: “Rayon təşkilatının dəstəyi ilə ali məktəb tələbələri arasında bilik yarışmaları, “Breyn rinq”, idmanın müxtəlif növləri üzrə yarışmalar keçirilib, qaliblər mükafatlandırılıb və diplomlarla təltif edilib”.
Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Fikrət İsmayılov gənclərin ölkənin ictimai-siyasi həyatında fəal rol oynadıqlarını bildirdi: “Bu gün Azərbaycan gəncləri xoşbəxtdirlər. Çünki onlar müstəqil Azərbaycan respublikasının vətəndaşlarıdırlar”.
F.İsmayılov gənclərin düzgün istiqamətdə tərbiyə olunmasının vacibliyini də bildirdi. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyev bu amilə xüsusi önəm verirdi və O, Azərbaycan gənclərini savadlı, intellektli görmək istəyirdi.
Məruzə ətrafında çıxış edən YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva, YAP Yasamal rayon təşkilatı “Aztelekom” İB ilk partiya təşkilatı Gənclər Birliyinin sədri Vüsalə Niftəliyeva ümumilikdə hesabatı qənaətbəxş qiymətləndirdilər.
Daha sonra YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin İdarə Heyətinin 21 nəfərdən ibarət yeni tərkibi təsdiqləndi. Bəxtiyar Nəbiyev yenidən YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədri seçildi.

“Yeni Azərbaycan” qəzeti, 12 iyun 2009-cu il.

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!