Y. S. Nazarian Ailə Fondunun prezidenti və Los Anceles Kaliforniya Universitetinin professoru BDU-nun qonağı olub

19/07/2013

Bu gün Y. S. Nazarian Ailə Fondunun prezidenti və Los Anceles Kaliforniya Universitetinin professoru xanım Şaron S. Nazarian BDU-nun qonağı olub. Görüşdə BDU-nun Beynəlxalq əlaqələr və əməkdaşlıq üzrə prorektoru  Şəlalə Məmmədova, Beynəlxalq proqramlar şöbəsinin müdiri Təranə Mahmudova, Şərqşünaslıq fakültəsinin İbri filologiyası kafedrasının müəlliməsi Təranə Hüseynbalayeva, İran filologiyası kafedrasının müəllimi Cavanşir Məmmədzadə, Azərbaycanın Vaşinqtondakı səfirliyinin əməkdaşı Natiq Baxışov iştirak etmişlər. Xanım Şaron Nazarian rəhbərlik etdiyi Fondun fəaliyyəti barədə məlumat verib, Fondun əsas vəzifəsinin dünyada elm və təhsilə töhvə verməkdir, səfərinin əsas məqsədi isə Azərbaycanın bir çox qurumlarının fəaliyyəti, o cümlədən Təhsil qurumları və Bakı Dövlət Universiteti ilə tanışlıqdır.

Öz növbəsində prorektor Şəlalə Məmmədova və BDU-nun digər əməkdaşları Universitetin tarixi, beynəlxalq əlaqələri, qoşulduğu beynəlxalq mənbələri, Şərqşünaslıq fakültəsinin bölmələri, İbri, Fars və Ərəb filologiyası kafedralarının tarixi, fəaliyyəti, tədris prosesi haqqında məlumat veriblər.

Görüş gələcək əməkdaşlığa dair maraqlı disskussiyalarla davam edib.

Mətbuat və İnformasiya şöbəsi, 19 iyul 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!