“Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində: hüquqi və siyasi təhlil ” - VİDEO

24/02/2014

Bu gün Bakı Dövlət Universiteti Hüquq fakültəsinin İnsan hüquqları kafedrasının ilk layihəsi olan “Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində: hüquqi və siyasi təhlil ” adlı beynəlxalq dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov Xocalı soyqırımı haqqında danışıb. Bildirib ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələri xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasəti törədib. 7 min nəfərədək əhalisi olan Xocalı şəhəri yerlə-yeksan edilib, dinc əhali vəhşicəsinə qətlə yetirilib. Rektor deyib ki, Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan hökuməti və parlamenti Xocalı soyqırımı, bütövlükdə erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər haqqında həqiqətləri dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırıblar. Rektor həmçinin Prezident İlham Əliyevin, Heydər Əliyev Fondun və Fondun Rusiya nümayəndəliyinin bu sahədəki xidmətlərini xüsusilə qeyd edib. Sonra deputat Rəbiyyət Aslanova, hüquq fakültəsinin dekanı Əmir Əliyev, Krakov Universitetinin professoru Aleksandr Merejko və siyasi elmlər üzrə elmlər doktoru Ramiz Sevdimalıyev çıxış ediblər. Dəyirmi masada “Beynəlxalq hüquq və inteqrasiya problemləri” adlı elmi analitik və praktiki jurnalın xüsusi buraxılışının təqdimatı da olub. Qeyd edək ki, jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəsmi nəşrlər siyahısına daxildir.

Mətbuat və informasiya şöbəsi, 24 fevral 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!