“XIX əsrin sonu – XX əsrin əvvəllərində türk xalqlarının milli hərəkatında mövcud ideya-siyasi cərəyanlar” mövzusunda elmi seminar

26/12/2016

Türk xalqları tarixi kafedrasının əməkdaşları dosent Sevinc Ruintən və Cavid Əlisgəndərlinin təşkilatçılığı ilə BDU-nun Tarix fakültəsinin və SABAH qrupunun tarix müəllimi ixtisası üzrə II kurs bakalavr pilləsinin tələbələrinin iştirakı ilə “XIX əsrin sonu – XX əsrin əvvəllərində türk xalqlarının milli hərəkatında mövcud ideya-siyasi cərəyanlar” mövzusunda elmi seminar keçirilib. Seminarda fakültənin Türk xalqları tarixi kafedrası üzrə  ixtisaslaşan IV kurs tarixçi tələbələri də iştirak ediblər. Tədbirdə türk xalqlarının milli hərəkatında mövcud olmuş ideya-siyasi cərəyanların meydana çıxmasını zəruri edən şərtlər, ideyaların formalaşması, ayrı-ayrılıqda hər bir ideya-siyasi cərəyanın görkəmli nümayəndələri və s. məsələlər haqda tələbələrin çıxışları dinlənilib, hazırladıqları slayd və videolar nümayiş etdirilib. Seminarın sonunda kafedranın müəllimi C.Əlisgəndərli tələbələrin çıxışları ilə bağlı müzakirə keçirib. Seminarda məruzə ilə çıxış edən tələbələrə təşəkkürnamələr təqdim edilib.

Mətbuat və İnformasiya şöbəsi, 26 dekabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!