“Xarici ölkələrin jurnalistikası tarixi” dərsliyinin təqdimatı olunub

25/02/2013

Azərbaycan Mətbuat Şurasında (MŞ) Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin kafedra müdiri, professor Həmid Vəliyevin “Xarici ölkələrin jurnalistikası tarixi” kitabının təqdimatı olub.

Tədbirdə idarə heyətinin üzvləri, KİV rəhbərləri, ictimaiyyət nümayəndələri, BDU-nun müəllimləri və tələbələr iştirak edibllər.
Mərasimdə Mətbuat Şurasının sədri Əflatun Amaşov ömrünün yarıdan çoxunu jurnalistika sahəsində elmi axtarışlara, tədqiqatlara həsr etmiş Həmid Vəliyevin yeni dərs vəsaiti barədə ətraflı məlumat verib. Bildirmişdir ki, xarici ölkələrin jurnalistikası tarixi müasir jurnalistikanın ən mühüm və maraqlı sahələrindən biridir. Sahəyə dünyanın bütün inkişaf etmiş ölkələrində xüsusi önəm verilir, tədqiqatların nəticəsi olaraq elmi nəşrlər, tədris vəsaitləri hazırlanır.
Qeyd edilmişdir ki, Azərbaycanda xarici ölkələrin jurnalistikası tarixi fənni ölkəmizdə jurnalistikanın tədris olunduğu ilk illərdən proqrama daxil edilib. Lakin buna baxmayaraq, ali məktəblərimizin müvafiq fakültələrində bu fənnə aid ana dilimizdə tədris vəsaitlərinin çatışmazlığı xarici dillərdə olan mənbələrə üz tutmaq zərurəti yaradıb. Bu mənada müəllifin Azərbaycan dilində yazılmış dərsliyi jurnalistika elmimizə yüksək xidmət nümunəsi hesab edilməlidir. Belə dərsliklərin yazılmasının o qədər də asan olmadığını vurğulayan Ə.Amaşov Təhsil Nazirliyinin müvafiq əmri ilə fənn proqramı kimi çap olunmuş vəsaitin “Xarici ölkələrin jurnalistikası tarixi” kursunun proqramları əsasında yazılmış ilk dərslik olduğunu söyləyib.
Sonra Həmid Vəliyevə Mətbuat Şurasının diplomu təqdim edib.
Tədbirdə MŞ idarə heyətinin üzvlərindən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Bakı Dövlət Universitetinin beynəlxalq jurnalistika kafedrasının müəllimi, tarix elmləri namizədi İlham Mazanlı, BDU-nun mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova və digərləri vəsaitin elmi məziyyətlərindən söz açıblar.
Bildirilib ki, yeni dərslik ilk növbədə ali məktəblərin jurnalistika və filologiya fakültələrinin tələbələri üçün nəzərdə tutulub. Vəsaitdən magistr, dissertant və doktorantlar, xarici ölkələrin jurnalistika tarixini tədris edən müəllimlər faydalana bilərlər. Elmi redaktorları filologiya elmləri doktoru, professor Nəsir Əhmədli və filologiya elmləri namizədi, dosent Vüqar Əliyev olan dərslikdə qədim dövrdən XX əsrin sonlarınadək keçən müddətdə dünya jurnalistikası tarixindən xronoloji ardıcıllıqla bəhs edilib, kütləvi informasiya vasitələrinin (KİV) tipoloji inkişafı prosesi nəzərdən keçirilib, müxtəlif ölkələrin və xalqların sosial, qarşılıqlı mədəni fəaliyyətinin xüsusiyyətləri, ümumi inkişaf meyilləri göstərilib.
Çıxışçılar çoxillik axtarışlarının bəhrəsi olan nəşrin müəllifinə elmi axtarışlarında uğurlar arzulayıblar.
Sonda Həmid Vəliyev çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.

 

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!