Xarici ekspertlər BDU-da

18/12/2015

“Ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi” adlı TVINNINQ layihəsi çərçivəsində Finlandiya Təhsilin Qiymətləndirilməsi Mərkəzinin vitse-prezidenti Helka Kekalain, Estoniya Ali Təhsildə Keyfiyyətin təmin olması üzrə Agentliyin prezidenti Heli Mattis Bakı Dövlət Universitetində olublar. Qonaqlar Təhsil Nazirliyinin nümayəndələri - Rafiq Novruzov, Əfqan Abdullayev və İlham Hümbətovla birlikdə kimya və biologiya fakültələrinin maddi-texniki bazası və laboratoriyaları ilə tanış olub, təhsil pillələri və fakültələrin beynəlxalq əlaqələri ilə maraqlanıb, yerli və beynəlxalq müsabiqələrdə əldə edilmiş nailiyyətlər haqqında məlumat əldə ediblər.

Görüşdə universitetin Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə də iştirak edib.

Xatırladaq ki, bir neçə gün əvvəl TVINNINQ layihəsi çərçivəsində Təhsil Nazirliyi və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə BDU-da tədbir keçirilmişdi. İki il müddəti olan TVİNNİNQ layihəsinin fəaliyyət planı keyfiyyətin artırılması üzrə Boloniya prosesinə uyğun olaraq ali təhsil sahəsində islahatların aparılması, ali təhsil müəssisələri üçün akkreditasiya sisteminin təkmilləşdirilməsi, Avropa İttifaqı və Azərbaycan arasında siyasi dialoq və getdikcə artmaqda olan beynəlxalq əməkdaşlıq və mobillik məsələlərini əhatə edir.

Mətbuat və informasiya şöbəsi, 18 dekabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!