Xalq şairi Vaqif Səmədoğlunun “Gürzəçöl yazıları” adlı pritçalar kitabının təqdimatı keçirilib

20/12/2016

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Xalq şairi Vaqif Səmədoğlunun vəfatından sonra nəşr edilmiş “Gürzəçöl yazıları” adlı pritçalar kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində iştirak edən şairin həyat yoldaşı, kitabın tərtibçisi və redaktoru Nüşabə Vəkilova, Filologiya fakültəsinin dekanı Elçin Məmmədov, professor Tofiq Hüseynoğlu, şairin yaradıclığının tədqiqatçısı, ədəbiyyatşünas İradə Musayeva, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, fakültədə fəaliyyət göstərən “Söz” yaradıcılıq birliyinin rəhbəri, dosent Məti Osmanoğlu və tələbələr çıxış edib. Tədbirdə Vaqif Səmədoğlunun şeirləri səsləndirilib, pritçaları və poeziyası haqqında fikirlər, mülahizələr söylənilib, şairlə bağlı xatirələr yad olunub.

Mətbuat və İnformasiya şöbəsi, 20 dekabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!