Viktor Sadovniçi Abel Məhərrəmova təşəkkür etdi

02/05/2016

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, Avrasiya Universitetlər Assosiasiyasının (AUA) prezidenti, akademik Viktor Antonoviç Sadovniçi Bakı Dövlət Universitetinin rektoru, AUA-nın vitse-prezidenti, akademik Abel Məhərrəmova təşəkkür məktubu göndərib. Akademik V.Sadovniçi BDU rektoruna 12 aprel 2016-cı il tarixində Moskva Dövlət Universitetində Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin, dövlət rəsmiləri və Assosiasiyaya üzv universitetlərin rektorlarının iştirakı ilə keçirilən Avrasiya Universitetlər Assosiasiyası Şurasının genişləndirilmiş iclasında iştirakına və məzmunlu çıxışına görə təşəkkürünü bildirib. Gələcək əməkdaşlığın daha da səmərəli olacağına əminliyini ifadə edən MDU rektoru, həmçinin Bakı Dövlət Universitetinə dəvət edildiyinə görə minnətdarlıq edib.

Qeyd edək ki, akademik Abel Məhərrəmov AUA-nın plenar iclasında Assosiasiyanın ilk üzvlərindən olan BDU tərəfindən əməkdaşlığın yeni formalarının yaradılması, qorunması və möhkəmləndirilməsi istiqamətində cari dövrdə görülən işlərdən bəhs edib. Bu fəaliyyətlər çərçivəsində Yessentuki şəhərində BDU-nun ilk rektoru Vasiliy Razumovskinin barelyefinin açılması, BDU və MDU laboratoriyalarında yerinə yetirilmiş elmi-tədqiqat işlərinin uğurlu nəticələri, Dubnadakı Nüvə Tədqiqatlar İnstitutu ilə əməkdaşlıq, ortaq layihə və proqramlar kimi məsələlərə toxunub.

Şuranın iclasında Avrasiya Universitetlər Assosiasiyası XIII Qurultayının qərarına əsasən AUA-nın fəaliyyətinin perspektiv məsələləri, eyni zamanda, universitetlərin təhsil və elm sahəsində qarşılıqlı əlaqələrinin dərinləşməsi istiqamətində müzakirələr  aparılıb.  Qərarlardan biri də Avrasiya Şəbəkə Universitetinin yaradılması ilə bağlı Anlaşma Memorandumunun imzalanması olub. İclasda, həmçinin Assosiasiyaya uzv universitetlərin rəqabətliliyinin, nüfuzunun artırılması, dünyada tanıdılması məqsədilə reytinqini müəyyən etmək  üçün işçi qrupunun yaradılması qərara alınıb.

Mətbuat və informasiya şöbəsi 2 may 2016-cı il.


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!