VAHİD ƏZİZLƏ GÖRÜŞ KEÇİRİLİB

15/03/2017

Bakı Dövlət Universitetinin filologiya fakültəsində görkəmli şair və ictimai xadim, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Vahid Əzizlə görüş keçirilib. “Söz” yaradıcılıq birliyinin təşkil etdiyi görüşdə fakültə rəhbərliyi, müəllimlər və tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə açan fakültə dekanı, dosent Elçin Məmmədov şairin həyat və ədəbi fəaliyyətindən, bu görüşün bədii yaradıcılıqla məşğul olan tələbələr üçün xüsusi əhəmiyyətindən bəhs edib. Professor Tofiq Hüseynoğlu,  professor Bahar Cəfərova, professor İfrat Əliyeva, professor Cəlil Nağıyev, dosent Məti Osmanoğlu, dosent Həqiqət Abdıyeva şairin yaradıcılığının müxtəlif aspektlərindən  danışıblar.

İştirakçıları xoş ovqatla salamlayan şair belə bir tədbirin təşkil edilməsinə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib və bu görüşün onda olduqca gözəl təəssürat oyatdığını qeyd edib. Vahid Əziz tələbə və müəllimlərin suallarını cavablandırıb, yaradıcılığı ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib, öz şeirlərini oxuyub.

Tədbirdə Filologiya fakültəsinin tələbələri Samirə Hüseynova, Nərminə Fazilova, Nigar Cəfərzadə, Rəhiməxanım Mürvətova, Sevda Kərimova və Rəfiqə Qasımova müəllifin şeirlərini səsləndiriblər.

Tədbirin bir bölümü bədii yaradıcılıqla məşğul olan tələbələr üçün “ustad dərsinə” həsr olunub. Vahid Əziz filologiya fakültəsinin ikinci kurs tələbələri Adilə Hacılı və Zərifə Həmzəyevanın şeirlərini təhlil edib.

Sonda qonağa universitet adından hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

Mətbuat və informasiya şöbəsi, 15 mart 2017-ci il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!