V Bakı Koreya dili Natiqlik müsabiqəsi keçirilib

27/11/2015

Bakı Dövlət Universitetində V Bakı Koreya dili Natiqlik müsabiqəsi keçirilib. Tədbir Azərbaycan və Koreya Respublikalarının dövlət himnlərinin səslənməsi ilə başlanıb. Sonra Bakı Dövlət Universiteti Uzaq Şərq dilləri kafedrasının müdiri, dosent Oktay Cəlilbəyli  açılış nitqi söyləyib. Koreya Respublikasnın Azərbaycandakı səfirliyinin müşaviri Tae Jun-Youl çıxış edərək  keçirilən tədbirin əhəmiyyətindən danışıb. Şərqşünaslıq fakültəsinin dekanı, professor Elxan Əzizov fakültədə koreya dilinin tədrisindən və universitetdə fəaliyyət göstərən Koreya Mərkəzi ilə əməkdaşlıqdan bəhs edib. Sonra müsabiqə iştirakçısı olan 13 tələbə öz bacarıqlarını nümayiş etdiriblər. Müsabiqədəki çıxışlar Koreya mədəniyyəti və həmin dildə istifadə olunan çoxmənalı sözlərə həsr edilib.  Münsiflər heyəti müsabiqə nəticələrini  elan etdikdən sonra  qaliblərin təltifedilməsi mərasimi baş tutub. Müsabiqədə 1-ci Gülnar Aslanlı, 2-ci Aygün Məmmədova, 3-cü yeri isə Günel İbrahimli tutub.

Mətbuat və informasiya şöbəsi, 27 noyabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!