UNİVİA layihəsi çərçivəsində görüş keçirilib

17/02/2016

Bakı Dövlət Universitetinin Beynəlxalq Layihələr şöbəsinin müdiri Elmira İsmayılova UNİVİA layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində keçirilən təlimlərdəiştirak edib. Təlimdə BDU-nun layihə çərçivəsində gördüyü işləri, hazırlanan sənədlər təqdimat şəklində tədbir iştirakçılarına nümayiş etdirilib. Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universitetinin nümayəndələrinin iştirakı ilə davam edən görüşdə universitetlərin beynəlxalq əlaqələrini, layihələrdə iştirak, əcnəbi tələbələrin tədris prosesi və s.məsələləri əhatə edən digər məsələlər də müzakirə olunub.

Qeyd edək ki, Bakı Dövlət Universiteti 2013-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin koordinatorluq etdiyi TEMPUS UNİVİA layihəsinə qoşulub. Layihə çərçivəsində  partnyor universitetlər Avropa təcrübəsinə və öz təhsil ənənələrinə əsaslanan optimal beynəlxalq əlaqələr mexanizmini yaratmaq, BƏŞ-in məqsəd və vəzifələrini müəyyənləşdirmək, beynəlxalq təhsil mühitini yaratmaq kimi məsələləri həyata keçirir. Layihənin əsas məqsədi fərqli modellərə malik universitetlərin kooperativ əməkdaşlığını gücləndirmək, davamlı informasiya və təcrübə mübadiləsini təmin etməklə beynəlxalq əlaqələr departamentinin fəaliyyətini inkişaf etdirmək və müəyyən standartlara yüksəltmək, Avropa universitetlərinin təcrübəsini yerli şəraitə uyğunlaşdıraraq işlək model və ya mexanizm yaratmaq, universitetlərin beynəlxalq əlaqələr ofislərinin səmərəli fəaliyyətini təmin edən amilləri (sosial, texnoloji, psixoloji və s.) müəyyən etmək, əldə edilən təcrübənin tətbiqinə nail olmaqdır.

Mətbuat və informasiya şöbəsi, 17 fevral 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!