Universitetlərarası mobillik genişlənir

05/10/2015

Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə fakültəsinin 3 məzunu bəzi  fənnlər üzrə kredit götürülməsinə icazə verilməsi ilə əlaqədar Bakı Dövlət Universitetinin rəhbərliyinə müraciət ediblər. “Riyazi analiz”, Optimallaşdırma üsulları”, “Ehtimal  nəzəriyyəsi və riyazi statistika” fənləri üzrə əlavə akademik kreditin istənilməsində məqsəd təhsillərini xaricdə davam etdirmək və tələb olunan fənləri daha dərindən mənimsəmək məqsədi daşıyır.

Onu da qeyd edək ki, bu il Qafqaz Universitetinin üç tələbəsi Bakı Dövlət Universitetində təşkil edilən yay məktəbində, İstanbul Universitetinin bir tələbəsi isə yay semestrində iştirak edib, Azərbaycan Dövlət Pedaqoji Universitetinin  bir tələbəsi  isə payız semestri üçün kredit götürüb.

Xatırladaq ki, tələbələrin təhsil aldıqları universitetlərdə  boloniya prosesinin  qaydalarına uyğun olaraq kredit götürmək imkanları məhdud olduğu hallarda digər ali təhsil ocaqlarına müraciət edə bilərlər.

Mətbuat və informasiya şöbəsi, 05 oktyabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!