Universitet nümayəndəsinin Oulu Universitetinə (Finlyandiya) səfəri

24/05/2011

24 may 2011-ci il tarixində Bakı Dövlət Universitetinin nümayəndə qrupu Avropa Birliyinin 7 Çərçivə Proqramında (FP-7 Program) NAPEP adlı layihədə iştirak edərək Finlyandiyanın Oulu Universitetində (Oulu şəhəri) keçirilən görüşdə iştirak edib. Görüşdə layihənin koordinatoru, BDU-nun NANO elmi-tədqiqat mərkəzinin direktor müavini Mustafa Muradov, aparıcı elmi işçi Gönçə Eyvazova, ETH-nin rəisi prof.İradə Əliyeva, Bərk cisimlər kafedrasının professoru Tariel İsmayılov, kimya və fizika fakültələrinin magistrantalrı Rəşad Hacıməmmədov, Aynur Əmrahova, Əfsanə Cavanşirova, Ofeliya Balayeva mərüzələrlə çıxış edəcəklər. 28 may 2011-ci il tarixədək davam edən görüşdə Oulu Universitetinin və Macarıstanın Szeged Universitetinin  professor-müəllim heyəti və tələbələri də iştirak edəcəkdir. Görüşdə mikro- və nanoelektronikada yeni üsullar, nanostrukturlar, karbon nanoborular və onların tətbiqi, nanopeptidlər və onların tibdə tətbiqi məsələləri müzakirə olunacaqdır.

Avropa Birliyinin FP-7 proqrmının NAPEP layihəsi çərçivəsində növbəti görüşün sentyabr-oktyabr aylarında Bakı Dövlət Universitetində keçirilməsi planlaşdırılır.

Mətbuat və İnformasiya şöbəsi, 24 may 2011-ci il.


 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!