Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş idman yarışlarının qalibləri mükafatlandırıldı

08/05/2010

Mayın 6-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş idman yarışlarının qaliblərinin təntənəli mükafatlandırılması mərasimi keçirilib. Tədbiri açan rektor, akademik Abel Məhərrəmov bu günün universitet həyatında əlamətdar olduğunu bildirib. Deyib ki, artıq bir aydan çoxdur ki, universitetdə ulu öndərin xatirəsinə həsr olunmuş müxtəlif  idman yarışları üzrə turnirlər keçirilir. Yarışlarda universitetin 16 fakültəsi və Moskva Dövlət Universitetinin Bakı filialının komandaları təmsil olunub.

Ulu öndərin anadan olmasının ildönümünə həsr edilən futbol çempionatında birinci yeri Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsi qazanıb. İkinci yeri tarix, üçüncü yeri isə coğrafiya və hüquq fakültələrinin tələbələri tutub. Respublikanın ali məktəblərinin çempionatında birinci yer tutan universitetin basketbol komandası, qızlardan ibarət həndbol komandası, Portuqaliya və Afinada keçirilən idman yarışlarında qələbə qazanan tələbələr mükafatlandırılıb. Eyni zamanda universitetin qızlardan və oğlanlardan ibarət şahmat komandaları respublikanın ali məktəblərinin çempionatının qalibləri kimi mükafata layiq görülüblər.

Mərasimdə rektor, akademik Abel Məhərrəmova idmançı tələbələrə göstərdiyi diqqət və qayğıya görə xatirə medalı təqdim edilib.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 08 may 2010-cu il.

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!