Ukrayna Olimpiya Komitəsinin prezidenti akademik Abel Məhərrəmova minnətdarlığını bildirib

13/10/2015

Ukrayna Milli Olimpiya Komitəsinin prezidenti  Sergey Bubka Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmova minnətdarlıq məktubu göndərib. O, Bakıda keçirilmiş I Avropa Oyunlarından bəhs edib, bu oyunlar zamanı  Ukrayna nümayəndə heyətinin Azərbaycanın paytaxtında qayğı ilə əhatə olunduğunu bildirib. Yazıb ki, sizin universiteti təmsil edən könüllülər sayəsində bizim idmançılarımız, məşqçilərimiz, mütəxəssislərimiz qonaqpərvər Azərbaycanla, onun mədəniyyəti, adət-ənənələləri ilə tanış oldu. Könüllülər sayəsində komandamız mehmanxanaya yerləşdirilməkdən tutmuş ekskursiya və idman arenalarında belə onların qayğısı ilə əhatə olunurdular.

Könüllü Aylin Mərdanova  saytımıza açıqlamasında bildirib ki, ölkəmizin tarixinə qızıl hərflərlə yazılmış oyunlarda iştirakım həyatımda əlamətdar hadisə olub. Mən vətənimlə fəxr edirəm!”.

Tahir Əlizadə isə bildirib ki, oyunlarda könüllülük xarici dil bacarıqlarını inkişaf etdirmək və ümumi inkişaf baxımından tələbələr üçün böyük bir təcrübə olub. İdman və ölkəmizin tarixi üçün faydalı olduğuma görə çox sevindim”.

Fərhad Bəxtiyarovun sözlərinə görə  könüllülük zamanı çoxlu sayda yeni insanlarla tanış oldum və belə gözəl oyunlara görə ölkəmizə minnətdaram. Ukrayna nümayəndə heyətinə isə əməkdaşlığa görə təşəkkür edirəm”.

Mətbuat və informasiya şöbəsi, 13 oktyabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!