TWINNING layihəsi çərçivəsində Avropalı ekspertlərlə növbəti görüş

11/12/2015

“Ali təhsil sisteminin Avropa ali təhsil məkaninin tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi” TWINNING layihəsi çərçivəsində Rezident Tvinninq Müşaviri Reijo Aholainenin başçılıq etdiyi nümayəndə heyəti növbəti dəfə Bakı Dövlət Universitetində olub.

Rezident Tvinninq Müşaviri Reijo Aholainen, Helsinki Universitetinin professoru Kauko Hamalainen və Valkeakoski Təhsil və Mədəniyyət Mərkəzinin direktoru Juha Sihvonen, Tvinninq layihəsinin RTA assistenti Səltənət Məmmədova və Təhsil Nazirliyinin əməkdaşı Tərlan Arzumanov görüşdə iştirak edən BDU-nun Xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova, Tədris-Elektron Mərkəzinin müdiri Məlahət Qurbanova, Beynəlxalq layihələr şöbəsinin müdiri Elmira İsmayılova, Cəbr və həndəsə kafedrasının müdiri, professor Vaqif Qasımov, tyutorlar Kəmalə Aloyeva və Vüsal Məmmədov tələbələrlə universitetdə keyfiyyətin təmin olunması barədə geniş fikir mübadiləsi aparıblar.  Qonaqların suallarını cavablandıran universitet rəhbərliyi onlara BDU və universitetdəki tədris prosesi haqqında ətraflı məlumat veriblər.

Mətbuat və informasiya şöbəsi, 11 dekabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!