“Twining” proqramının ekspertləri ilə görüş

29/06/2016

Bakı Dövlət Universitetində Avropa İttifaqının ali təhsil üzrə “Twining” proqramının ekspertləri ilə universitet əməkdaşları arasında görüş keçirilib. Görüşdə “Twining” proqramının rezindent müşaviri Reijo Dhoainen, proqramın Estoniya təmsilçisi Mati Heidments, Finladiya təmsilçisi Karl-Erik Mickelsen  və Təhsil Nazirliyinin nümayəndəsi Avropa doktorantura təhsil sistemi  ilə bağlı fikir və mülahizələrini  bölüşüblər. Eyni zamanda Azərbaycanda doktorantura təhsil sisteminin müasir vəziyyəti, əsas problemləri, Avropa standartlarına uyğunlaşdırılması, kredit sisteminin tədbiqi və digər məsələlər müzakirə olunub.

Görüşdə BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə, Magistratura və doktorantura şöbəsinin müdiri, professor Afət Məmmədova, Xarici tələbələrlə iş üzrə dekanı Gülheyran  Rəhimova, Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov, doktorantlar və elmi rəhbərlər iştirak ediblər.

Mətbuat və informasiya şöbəsi, 29 iyun 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!