Tətbiqi-riyaziyyat fakültəsinin məzunları ilə görüş

01/09/2014

Avqustun 30-da BDU-da tətbiqi-riyaziyyat fakültəsinin 1984-ci il məzunları ilə görüş keçirilib. Məzunları fakültənin dekan müavinləri və müəllimləri qəbul edib. Müəllimlər məzunları 30 ildən sonra Universitetdə görmələrinə şad olduqlarını bildirərək, onları təbrik ediblər.

Məzunların uğurları ilə fəxr etdiklərini bildirən müəllimlər onların tanınmış ziyalılar olduğunu vurğulayıblar. Belə ki, 1984-cü il tətbiqi-riyaziyyat fakültəsinin məzunlarından Sadıq Həşimov Fizika-riyaziyyat elmləri namizədi, dosentdir, elmi fəaliyyətinin BDU-da davam etdirir. Həmçinin məzunlardan Elçin Əliyev həmin fakültənin saathesabı müəllimi vəzifəsində çalışır. Məzun Məmmədov Sabir Nadir oğlu fizika elmləri namizədidir, əmək fəaliyyətini Əmlak məsələləri üzrə Dövlət Komitəsində davam etdirir. Müəllim Sabir Mirzəyev əksər məzunların Azərbaycan Respublikasının digər elm və təhsil müəssisələrində çalışdığını deyərək onları 30 illik yubiley münasibətilə təbrik edib, hər il keçirdikləri ənənəvi görüşdən məmnunluğunu bildirib.

Mətbuat və informasiya şöbəsi, 1 sentyabr 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!