Türkmənistan prezidenti BDU-nu aliminə mükafat təqdim edib

19/10/2012

Türkmənistan prezidenti Qurbanqulu Berdimuhamedov Bakı Dövlət Universitetinin müəllimi, kimya elmləri namizədi Flora Hacıyevaya "Debütların birliyi" mükafatını təqdim edib. Mükafatın təqdimatı Aşqabadda keçirilən MDB ölkələrinin yaradıcı və elmi ziyalılarının VII Forumu çərçivəsində baş tutub.

Forum Müstəqil Dövlətlər Birliyinin (MDB), MDB-nin İcraiyyə Komitəsinin, MDB Parlament Assambleyasının, ictimai, elmi və yaradıcı təşkilatlarının və Türkmənistanda akkreditə olunmuş diplomatik korpusunun nümayəndələri iştirak etmişlər. Forumun məqsədi - təhsil, elm, ədəbiyyat, incəsənət və mədəniyyətim digər sahələrində MDB ölkələrinin inkişafını müzakirə etməkdir.

"Debütların birliyi" mükafatı MDB-nin Humanitar Əməkdaşlıq Şurası və MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis edilib.

"Debütların birliyi" mükafatı elm və mədəni sahələrdə fərqlənmiş gənc mütəxəsisslərə təqdim edilir.

 

Mətbuat və İnformasiya şöbəsi, 19 oktyabr 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!