Türkiyənin Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinin nümayəndə heyəti BDU-da olub

30/03/2017

Bakı Dövlət Universitetində Türkiyənin Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinin nümayəndə heyəti ilə növbəti görüş keçirilib. Adıçəkilən liseyin müəllim və şagird kollektivini universitetdə görməkdən məmnunluğunu ifadə edən rektor, akademik Abel Məhərrəmov son illər respublikamızda təhsil sahəsində qazanılan uğurlardan, bu istiqamətdə qardaş Türkiyə ilə ölkəmiz arasında mühüm əlaqələrin yaranmasından bəhs edib. Rektor Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyi ilə Heydər Əliyev adına Anadolu texniki-peşə liseyi arasında əlaqələrin yaradılması məqsədilə 2016-cı ildə imzalanmış memorandumu xatırladıb. Bildirib ki, ötən müddət ərzində əlaqələr inkişaf edib, hər iki liseyin nümayəndələri qarşılıqlı səfərlər edib, tədris prosesi ilə tanış olublar. Rektor onu da deyib ki, Serda Erkekin rəhbərlik etdiyi nümayəndə heyəti liseydə olduqları müddət ərzidə müəllimlərin mühazirələrini dinləyib, Azərbaycan və rus dilində keçirilən açıq dərslərdə iştirak edərək şagirdlərin bilik səviyyələri ilə yaxından tanış olmaq imkanı qazanıblar.

“Gənc istedadlar” liseyinin direktoru, professor Qasım Hüseynov nümayəndə heyəti ilə keçirilən görüşlər, o cümlədən yaxın gələcəkdə Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinə nəzərdə tutulan səfər barədə məlumat verib.

Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinin müəllimi, nümayəndə  heyətinin rəhbəri Serda Erkek keçirilən görüşləri yuksək dəyərləndirib və əlaqələrin daha da inkişafı istiqamətində səmərəli addımlar atılacağını bildirib.

Tədbir lisey şagirdləri Xaqani Qasımov və Hüseyn Yaylacının çıxışları ilə yekunlaşıb.

Mətbuat və informasiya şöbəsi, 30 mart 2017-c il


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!