Türkiyənin Hacettepe Universitetinin nümayəndə heyəti universitetdə olub

22/06/2012

Bu gün Türkiyənin Hacettepe Universitetinin rektoru Murat Tuncerin başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov universitetin universitetin yaranma və inkişaf tarixindən, beynəlxalq əlaqələrindən, üzvü olduğu Assosiasiyalardakı fəaliyyətindən danışıb. Rektor Türkiyənin ali təhsil ocaqları ilə əməkdaşlıqdan, birgə proqram və layihələrdən, tələbə-müəllim mübadiləsinin mümkünlüyündən də bəhs edib. Bildirib ki, universitet qardaş Türkiyənin Hacettepe Universiteti ilə əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlıdır.

Öz növbəsində Hacettepe Universitetinin rektoru Murat Tuncer Azərbaycan universitetləri, xüsusən Bakı Dövlət Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Qonaq BDU-nun nailiyyətlərindən məmnun qaldığını, təhsil ocaqları arasında ikitərəfli əlaqələrin faydalı olacağına əminliyini vurğulayıb. O, rəhbərlik etdiyi ali məktəbin BDU ilə beynəlxalq münasibətlər, texniki araşdırmalar və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu söyləyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib. Daha sonra qonaqlar universitetlə tanış olub, xoş təəssüratla ayrılıb.

Mətbuat və informasiya şöbəsi, 21 iyun 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!