Türkiyəli qonaqlar BDU-da olublar

28/03/2013

Bu gün Türkiyənin Erciyes Universitetinin prorektoru, prof, dr Hasan Yetim, Genom və Kök Hüceyrə Mərkəzinin müdiri, prof.dr.Yusuf Özkul Bakı Dövlət Universitetində olublar. Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva, Elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə, Beynəlxalq əlaqələr və əməkdaşlıq üzrə prorektor, dosent Şəlalə Məmmədova, Genetika kafedrasının müdiri, professor Rauf Quliyev və Mikrobiologiya kafedrasının müdiri, professor Xudaverdi Qəmbərovun iştirak etdiyi görüşdə universitetdə mövcud tədris sistemi, tədris proqramları, magistratura və doktorantura pillələrində mövcud istiqamət və ixtisaslar, beynəlxalq qrant və layihələr, əcnəbi tələbələrin işinin təşkili və s. barədə geniş məlumat verilib.

Eyni zamanda, professorlar Hasan Yetim və Yusuf Özkul da Erciyes Universiteti barədə ümumi məlumat verib, oradakı Texnopark və Genom və Kök Hüceyrə Mərkəzinin fəaliyyətindən, elmi nailiyyətlərindən söhbət açıblar.

Görüşdə hər iki Universitet arasında tələbə, magistrant, doktorant, müəllim-tələbə heyətinin mübadiləsi sahəsində, xüsusilə, biotexnologiya, genom, genetika və biologiyanın innovasion sahələri üzrə birgə elmi əməkdaşlıq sahəsində əlaqələrin qurulması barədə fikir mübadiləsi aparılıb.

Qonaqlar həmçinin BDU-nun bir neçə laboratoriyaları ilə tanış olublar.

Mətbuat və İnformasiya şöbəsi, 28 mart 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!