Türkiyəli qonaqlar BDU-da olub

14/01/2014

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyə Böyük Millət Məclisi Aparat rəhbərinin müavini Haydar Çiftçi, TÜRKPA baş katibinin müavini, Türkiyə parlamentinin nümayəndəsi Kürşad Melih Sarıarslan, Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin Baş katibi İlyas Demirçi ilə görüşüb. Rektor Abel Məhərrəmov ölkələrarsı qardaşlıq, dostluq münasibətlərindən, bütün sahələrdə uğurlu əməkdaşlıqdan, həyata keçirilən layihələrdən danışıb. Rektor universitet barədə qonaqlara ətraflı məlumat verib, universitetin beynəlxalq əlaqələrindən, o cümlədən Türkiyə universitetləri ilə qurulan əlaqələrdən bəhs edib. Elm, təhsil sahəsində qardaş ölkənin universistetlərilə birgə əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayan rektor A.Məhərrəmov bu istiqamətdə atılan addımları yüksək dəyərləndirib. Qonaqlar ölkəmizə səfər etmələrindən, o cümlədən Azərbaycanın qocaman ali təhsil ocağı BDU-da olmalarından məmnunluqlarını ifadə ediblər. Universitetlərarası əlaqələrin bundan sonra da yüksələn xətlə inkişafının vacibliyini vurğulayıblar. Qarşılıqlı maraq doğuran görüş zamanı türk dünyası ölkələrinin Mühəndislik Memarlıq və Şəhərçilik sahəsində əlaqələrinin inkişaf etdirilməsi, memarlıq əsərlərinin, abidələrinin, ortaq dəyərlərin qorunmasının əhəmiyyətindən bəhs edilib. Universitetin laboratoriyaları, müxtəlif mərkəzlərilə yaxından tanış olan qonaqlar xoş təəssüratla ayrılıblar.

Mətbuat və İnformasiya Şöbəsi, 14 yanvar  2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!