"Türk xalqları ədəbiyyatı" mövzusunda viktorina keçirilib

19/03/2015

BDU-nun filologiya fakültəsində Novruz bayramına həsr olunmuş "Türk xalqları ədəbiyyatı" mövzusunda viktorina keçirilib. Abay Mərkəzi və Yunus Emre İnstitutunun dəstəyi ilə Türk xalqları ədəbiyyatı kafedrası tərəfindən təşkil olunan tədbir "Novruz bayramı - ​​türk xalqlarının ümumi dəyəri" devizi altında keçirilib.  Viktorinada iki tələbə komandası iştirak edib: "Qılınç və Qələm" və "Gənc qələmlər". Tələbələr Azərbaycan, türk, qazax, özbək, qırğız, türkmən və tatar ədəbiyyatı üzrə öz biliklərini nümayiş etdiriblər. Qalib "Gənc qələmlər" komandası olub və komandaya Abay Mərkəzi və Yunus Emre İnstitutu tərəfindən hədiyyələr təqdim olunub.

Mətbuat və informasiya şöbəsi, 19 mart 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!